288
darda ədviyyatlara qatıb balıq və konserva sənayesində isti-
fadə edirlər. Xarici ölkələrdə rozmarin poroşokunu müxtəlif
nisbətlərdə ədviyyatlara qarışdırıb kompozisiyasını əldə et-
məklə müxtəlif xörəklərin tərkibinə qatırlar. Bu kompozi-
siyadan ən çox lobya, noxud, paxla, mərci, badımcan, kələm
və s. hazırlanan xörəklərdə istifadə edirlər. Bundan başqa ət
və toyuqdan hazırlanan xörəklərin tamını və iyini yaxşılaş-
dırmaq üçün istifadə olunur. Az miqdarda qurudulmuş yar-
pağı yaşıl cəfəri ilə qarışdırıb kərə yağına əlavə edib pasta
hazırlayırlar. Alınmış pastadan az miqdarda götürüb toyu-
ğun, hinduşkanın, ördəyin və qazın içərisinə qoyub bişirirlər.
Tomat və zoğal. şorabasının tərkibinə qatıb əvəzi olmayan
xoş ətirli iy əldə edilir. Bundan başqa, döyülmüş yarpağın-
dan ədviyyat kimi salatların, döyülmüş ət məhsullarının,
qızardılmış ət və toyuğun, göbələyin, pendirlərin, kartofun,
dana ətinin, qulyaş, qoyun və s. ətindən hazırlanan xörəklərə
qatıb onların dadını və tamını yaxşılaşdırırlar.