__________________________________ Nübar Həkimova
287
zırlanan cövhərdən baş ağrılarında, soyuqdəymədə, mədə-
bağırsaq xəstəliklərində, sidikqovucu vasitə kimi, istifadə
olunur. Yarpaqlarından papiros preparatları hazırlanıb astma
xəstəliklərində istifadə olunur. Rozmarin tonusartırıcı xü-
susiyyətlərə malik olub, aşağı qan təzyiqlərində, cinsi zəif-
likdə müsbət nəticələr verir. Bitkidən pəhriz saxlayan şəkərli
xəstələrə qaraciyər, öd kisəsi, damar xəstəliklərində,
miokarda istifadə etməyi məsləhət görürlər. Bundan başqa,
yarpağından hazırlanan cövhərindən qadın xəstəliklərində, o
cümlədən də aybaşı pozğunluqlarında, əsəb oyanmalarında,
qadınlarda baş verən klimakteri dövründə, ürək nevroz-
larında, halsızlıqda, baş gicəllənmələrində, yaddaşın zəif-
ləməsində istifadə olunur. Xalq təbabətində cövhərindən
astma, yuxarı nəfəs yollarında, mədənin xroniki kataraktın-
da, qarın köplərində işlədilir. Mazından nevralgiyada, rev-
matizmdə, tətbiq edilir. Vannasından nevrit, əsəb, podaqra,
soyuqdəymədə, gec sağalan yaraların və sızanaqların müali-
cəsində qəbul edilir. Rozmarin öd ifrazatının artırılmasına,
mədə və bağırsağın normal işləməsinə kömək edir.
Hazırda bir sıra ölkələrdə rozmarindən qiymətli dər-
man bitkisi kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə
olunur.
Rozmarin kəskin ətirli, şirintəhər, azca kamfora iyinə
malik, şam iyini xatırladan və ən yaxşı ədviyyat və azca kəs-
kin tamlıdır. Yarpaqlarının tərkibindən 1,5-2%-ə qədər efir
yağı aşkar edilmişdir. Efir yağının əsas tərkib hissəsini 25-
30% pinen, 10-20% kamfen, 10-30% cineol, 10-18% bor-
neol, 6-17% kamfora və 6-10% seskvitterpenlər təşkil edir.
Rozmarinin qurudulmuş yarpaqlarını toz halına salıb az miq-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|