292
kök hissəsindən hazırlanan poroşok quru ekstrakt, qatı eks-
trakt «pektol» preparatının daxilinə əlavə olunaraq yuxarı
tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici, sinə yum-
şaldıcı kimi və soyuqdəymə əleyhinə işlədlir. Bundan ha-
zırlanan ekstraktlardan «Daniya kralı» adlanan müalicə pre-
paratının tərkibinə qatırlar. Şirin biyandan hazırlanan «likvi-
riton» və «flakarbon» soyuqdəymə, qlaukoma, mədə qastri-
tində, mədə yaralarında, bronxial astmada, dəri allergiyala-
rında, ekzemalarda tətbiq olunur. «Qlisirenat» preparatından
isə trixin parazitinin törətdiyi xəstəliklərə, böyrək və xərçəng
xəstəliklərində və qaraciyər, «Bioqastron» preparatından işə
müxtəlif yaraların müalicəsində istifadə olunur.
Ənənəvi Şərq təbabətində, eləcə də elmi təbabətdə tər-
qovucu, ağrı kəsici, yarasağaldıcı kimi, orqanizmin möh-
kəmləndirilməsində, tonusun artırılmasında, istiliyin nor-
maya salınmasında, tənəffüs yolları xəstəliklərində, ağ ciyər
vərəmində, laringitdə, şəkər xəstəliyində, kəskin disper-
siyalarda, böyrək xəstəliklərində, cinsi fəaliyyətin artırıl-
masında və s. işlədilir. Qərbi Avropa ölkələrində appendiks-
də, Hindistanda halsızlığın aradan qaldırılmasında, xroniki
sidik-tənasül xəstəliklərində, Fransada infeksiya, Bolqarıs-
tanda adenoma və s. Xəstəliklərin müalicəsində şirin biyan
preparatları geniş tətbiq edilir. Şirin biyanın qlisirenat
turşusundan təmizlənmiş sulu məhlulundan orqanizmdə im-
munitetin artırılmasında istifadə edilir. Şirin biyanın tərki-
bindən alınan flavonoid maddələrindən hazırlanan prepa-
ratların köməyi ilə soyuqdəymə, spazma, qan kapillyarları-
nın möhkəmləndirilməsində, eləcə də yara əleyhinə işlədilir.
Qlissirizin, qlisirenat turşuları və onların törəmələrindən
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com