293
hazırlanan preparatlarla qaraciyərdə baş verən kortikosteroid
proseslərin metabolizmində əmələgələn nazaslıqların aradan
qaldırılmasında istifadə olunur. Bundan başqa, bu preparat-
ların köməyi ilə endokrin xəstəliklərinin, o cümlədən də
Addison, Şixena, Otmem sindromlarının aradan qaldırılma-
sında geniş tətbiq edilir. Şirin biyandan hazırlanan bir neçə
preparatlardan isə xərçəng çöplərinin inkişafının qarşısının
alınmasında istifadə olunur.
Biyan tibb sahəsindən başqa, xalq təsərrüfatının müx-
təlif sahələrində də geniş surətdə işlədilir. Xüsusən də biyan
kökündən alman ekstraktlar yeyinti sənayesində geniş tətbiq
edilir.
Biyan kökündən alınan qliseran maddəsi şəkərdən 500
dəfə kəsərli və şirindir. Buna görə də biyan kökündən alınan
ekstrakt (şirə) şəkər əvəzedicisi kimi kisel, kompot, kofe,
kakao, kvas və bir çox qənnadı və biskvit məmulatlarının
hazırlanmasında tətbiq edilə bilər. Bu məmulatların ha-
zırlanmasında şirin biyan ekstraktı (25-50%) şəkəri əvəz
edir. Bir çox xarici ölkələrdə biyandan likör və dondurma
sənayesində geniş istifadə edilir. Belə ki, onun şirəsindən
likör cövhəri, xüsusən də «bonsien» növünün «acı likör»
hazırlanır, bunlardan da desert məqsədləri üçün istifadə olu-
nur. Bu cür likörlardan mədə-bağırsaq xəstəliklərinin mü-
alicəsində istifadə etmək olar. Şirin biyan şirəsi «Kiyev
acısı», «Baykal», «Artist» adlı tonus artırıcı içkilərin hazır-
lanmasında da işlədilir. Keyfiyyətli pivə növlərinin, məsələn,
«elya», keyfiyyətli ingilis pivəsi «qara pivə» və s. hazır-
lanmasında da istifadə edilir.
Bundan başqa, biyandan hazırlanan ekstraktlardan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com