Böyürtkən – qanlı babasilə qarşı işlədilir. Yara üçün
təzə yarpağı və xırda qol-budağından döyülüb alınmış şirə-
sini tut, gavalı ağaclarının qabığında olan yapışqan ilə bir
qədər qatıb təpitmə kimi istifadə edilir. Bu həm də göz şişi,
gözətrafı yaralar üçün də məsləhətdir.
Çiyələk – bədənə soyuqluq və rütubət verir. Meyvəsi
dadlıdır, ürəyi beyni qüvvətləndirir. Qanı təmizlədiyi üçün,
dərinin rəngini şəffaflaşdırır, yaxşılaşdırır, həzmə kömək
edir. Böyrək daşı xəstəliklərinə qarşı istifadə edilir.
Qarağat – bədənə soyuqluq və quruluq verir, mədə və
ürək üçün xeyirlidir. Şirəsi susuzluğu yatırır, ürəyi qüvvət-
ləndirir. Meyvəsi və onun şirəsi qan təzyiqini aşağı salır,
şəkər xəstəliyi olanlar üçün çox faydalıdır.
Moruq – bədənə quruluq verir. Meyvəsindən soyuqdəy-
mə hallarında tərqovucu vasitə kimi istifadə olunur. İstər
yarpağı, istərsə də çiçəyi mədə-bağırsaq pozulması hal-
larından istifadə olunur, şəkər xəstəliyi olanlar üçün xeyirlidir.
Zirinc – öd üçün olduqca münasibdir, zəfəranla qarış-
dırıldıqda həzmə kömək edir. Zirinc şirəsi qan təzyiqini
aşağı salır. Soyuqdəymədən və ciyər xəstəliyindən əziyyət
çəkənlərə hər gün yeməkdən qabaq bir fincan qəbul etmək
məsləhətdir.