298
tulması və öskürək əleyhinə işlədirlər. Turş narın şirəsi ilə
qarqara etməklə, ağızda olan qaynaşma yara və şişlərə qarşı
effektli mübarizə aparılır. Bağırsaqların daxili divarlarını
təmizləmək üçün narı dənələyib yemək məsləhətdir. Nar
həm də əsəb üçün tövsiyə edilir.
Şaftalı – mədə üçün münasibdir, qabıqlı yemək məslə-
hətdir, tez həzm olunur, öd xəstəliyi zaman, onun şirəsindən,
acqarına içmək məsləhətdir. Çiçəyi və yarpağı yumşaldıcı
xassəyə malikdir. Çəyirdəyinin içini yarıyanmış bişirib
üyüdür və yara üzərinə səpirlər.
Tut – qaraciyər və dalaq üçün məsləhətdir. Qabığı, kö-
kü və yarpağı sidikqovucu xassəyə malikdir. Yapışqanını
çeynəmək, damağı möhkəmləndirir. Şaxtutun (ağ tut) mey-
vəsi öd və bağırsaq iltihabı, qanlı ishala qarşı çox faydalıdır.
Şaxtutun yarpağının dəmləməsi qanda şəkəri aşağı salır.
Üzüm – qanı saflaşdırır. Çox üzüm yeyən adamlar xər-
çəng xəstəliyinə az hallarda tutulurlar. Qan-damar xəstə-
likləri, qan təzyiqi olanlar üçün üzüm yemək məsləhətdir.
Yarpağı da müalicəedici xassəyə malikdir. 25 q tut yarpağını
bir litr suda dəmləyərək, hər gün yeməkdən əvvəl bir fincan
islah və sarılıq zamanı içmək məsləhətdir. Böyrək və sidik
kisəsində daşı olanlara hər səhər acqarına bir qaşıq üzüm
mətini içmələri məsləhətdir. Üzüm qan yaradır, böyrəklərin
fəaliyyətini gücləndirir.
Zoğal – ishal və mədə yarası üçün məsləhətdir. O həm
də mədə-bağırsağı qüvvətləndirir. Susuzluğu yatırır, qan
təzyiqini tənzimləyir, öd üçün faydalıdır. Mürəbbəsi soyuq-
dəymə üçün münasibdir. Zoğal qanın turşuluğunu azaldır,
qanı saflaşdırır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com