Nübar Həkimova ___________________________________
274
cüzi miqdarda istifadə etməyi məsləhət görürlər. Çünki bu
ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsu-
siyyətlərə də rast gəlmək olur. Buna görə də həkimlər xəs-
tələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı
məsləhət görürlər. Bir sıra dietoloqlar xəstələr üçün tər-
kibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına
çox diqqət verirlər. Ədviyyatlardan insanlar arasında tez-tez
başverən qrip, qızdırma, soyuqdəymə və s. istifadə etməyi
məsləhət görürlər. Ədviyyat qatışıqlarının əksəriyyətinin
kimyəvi tərkibi tam öyrənilmədiyindən onlardan istifadə
edən zaman ehtiyatlı olmaq lazımdır.
Şəkər xəstəliyində istifadə olunun ədviyyat bitkiləri:
adi reyhan, vanil, mixək, zəfəran, kerri, dəfnə, limon, lyubis-
tok, mərzə, bədrənc, adi ardıc, muskat tozu, qırmızı istiot,
cəfəri, adi yovşan, rozmarin, kərəviz, zirə, şüyüd, nanə,
sürvə.
Həzm sistemi normal fəaliyyət göstərən insanlar istə-
nilən ədviyyatlardan istifadə edə bilər. Lakin kəskin acı tam-
lı ədviyyatlardan – qıtıqutu, acı istiot, kayen bibəri və s. az
hallarda istifadə edilməlidir. Aşağıdakı ədviyyatlardan isti-
fadə etməyi məsləhət görürlər: mixək, zəncəfil, darçın, və-
zəri, dəfnə, adi soğan, muskat qozu, cəfəri (kökündən), kə-
rəviz, şüyüd, sarımsaq.
Qaraciyər və öd kisəsi xəstə olan, həmçinin pəhriz sax-
layan insanlara orqanizmin normal fəaliyyəti üçün aşağıda
qeyd etdiyimiz ədviyyatlardan istifadə etməyi məsləhət
görürlər: cirə, reyhan, vanil, mixək, zəncəfil, keşniş, darçın,
kuprıç, dəfnə yarpağı, soğan, rozmarin, zirə, şüyüd, bədrənc,
qıtıqotu, lyubistok, mərzə, bədrənc, muskat qozu və çiçəyi
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|