Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: bədəni, ayağı, qoltuq altı iy verən adamlara bir ay, həftədə
iki dəfə biyanı qaynadıb suyunda çimmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: baş ağrısından əziyyət çəkən xəstələrə hər üç gündən bir
qaynadılmış yarpız suyu ilə bir ay müddətində başı yumaq
məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: qan təzyiqi yuxarı olan adamlara yaz aylarında ilanotu (yol-
pencəri) sıxmasını tünd sarımsaqlı qatıqla yemək, yay, payız,
qış aylarında isə onun qurudulmuşunu qaynadıb yenə də
həlimi qarışıq tünd sarımsaqlı qatıqla içmək məsləhətdir.