75
Başda olan bit, sirkə, sinəyi tökmək üçün çuğundurun
yarpağını qaynadıb günaşırı onunla başı yumaq məsləhətdir.
Daxili hilləti və həmçinin bütün qurd növlərini həm
insan, həm də heyvanlardan tökmək üçün bir həftə, hər səhər
acqarına su tərəsi (buna camış tərəsi deyilir) və bir fincan təzə
mayalanmış pendir suyu içmək məsləhətdir. Bu qəbil müalicə
qızıl qurdu, yastı qurdu, qılçıq qurdu, qılbaş qurdu tökür.
İshal, qarın ağrısına tutulan xəstələrə nar qabığı quru-
sunun unundan bir çay qaşığı dəmləyib içmək məsləhətdir.
İshal, qarın ağrısına tutulan xəstələrə bir həftə, gündə
yeməkdən əvvəl üç dəfə titrəbabı (romaşka) çiçəyini dəmlə-
yib uşaqlara bir çay qaşığı, böyüklərə isə bir xörək qaşığı
içmək məsləhətdir.
Mədə-bağırsaq yara və xorasından əziyyət çəkənlərə
10 gün yeməkdən əvvəl gündə üç dəfə bir çay qaşığı reyhan
şirəsi içmək məsləhətdir.
Böyrəklərində daş, gəc olan xəstələrə yarpızı dəmləyib,
hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
Ayaq, daban ağrısı, barmaqlar arası pıçrıq (bişməcə)
olanlara cır alma və ya turş alçanı qaynadıb ağrıyan yerə
yaxmaq məsləhətdir. Sonra ayağı, barmaqların arasını təmiz
qurulamaq, bu müalicəni 15-20 gün yatmazdan əvvəl davam
etdirmək lazımdır.
Oynaqları ağrıyan, yel xəstəliyindən əziyyət çəkən xəs-
tələrə yetişmiş tutu iri çəlləyə yığıb qıcqırtdıqdan sonra 10-
15 gün, 40-45 dəqiqə axşam-səhər çəlləkdə vanna etmək
məsləhətdir.
Mədə-bağırsaq xəstəliyi olanlara hər gün səhər tezdən
acqarına tut yemək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com