Elat-tərəkəmə müdriklərinin inamına görə: qızı ərə
verərkən, qız bəy evinə köçməzdən əvvəl onu üç dəfə od
başına dolandırırlar ki, getdiyi ev odlu-ocaqlı olsun.
Elat-tərəkəmə müdriklərinin inamına görə: uşaq
gec dil açanda, ayğır atın yüyənini onun boynuna keçirsələr,
uşaq tez dil açar.
Elat-tərəkəmə müdriklərinin inamına görə: hamilə-
lik dövründə ana ələk arxasından aya baxarsa, onun dünyaya
gətirəcək uşağı göyçək və alagöz olar.
Elat-tərəkəmə ağbirçək müdriklərinin inamına gö- rə: hamiləlik dövründə çoxlu heyva yeyən ananın dünyaya
gətirdiyi uşaq qənirsiz, gözəl-göyçək olar.
Elat-tərəkəmə ağbirçək müdriklərinin inamına gö- rə: hamilə qadın qovurğa yeyərsə, dünyaya gətirdiyi uşaq
davakar, dəcəl olar.
Elat-tərəkəmə ağbirçək müdriklərinin inamına görə: hamiləlik dövründə ana çoxlu balıq yeyərsə, dünyaya
gətirdiyi uşaq, dəcəl olar.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com