Tərəkəmələrin inamına görə: Novruz bayramının son
çərşənbəsində dəvə-tikanını üç dəfə pak suya çəkib, evin
girəcəyində qapı üzərindən assan, evə, ailə üzvlərinə nəzər
dəyməz.
Tərəkəmələrin inamına görə: yatarkən (uzanarkən)
ayaqlarını qibləyə tərəf uzatmaq, ailəyə bədbəxtlik gətirər.
Tərəkəmələrin inamına görə: qız ata evində gəlin-
lərinin paltarını geyərsə, bəxti bağlanar, ərə getməz.
Tərəkəmələrin inamına görə: uşaq həyət-bacada gə-
zərkən tez-tez dönüb arxasına boylanarsa, evə qonaq gələr.