84
Elat-tərəkəmə ağbirçək müdriklərinin inamına görə: qadın hamilə vaxtı günəbaxan tumu çırtlayarsa, dünya-
ya gətirdiyi uşaq çoxdanışan və nadinc olar.
Tərəkəmələrin inamına görə: təzə bəy gəlini gətirmə-
yə gedərkən, üç dəfə yanına vurur ki, qurduğu ailə xoşbəxt
olsun.
Tərəkəmələrin inamına görə: çörək yeyərkən ev sa-
hibinin, kişinin ağzından çörək qırıntısı süfrəyə tökülərsə,
evinə qonaq gələcək.
Tərəkəmələrin inamına görə: şər vaxtı nərdivan al-
tından keçmək ailəyə bədbəxtlik gətirər.
Tərəkəmələrin inamına görə: may ayının ilk həftə-
sində ağ tut ağacından yellənəcək salıb yellənənin bəxti
açılar, ta-leyi üzünə gülər, xoşbəxt olar.
Tərəkəmələrin inamına görə: Novruz bayramının son
çərşənbə axşamı tonqaldan atlanıb, sonra ocaq kömüründən
alnına üç nöqtə qoyanın bəxti açılar, ömrü uzun olar.