Tərəkəmələrin inamına görə: quru və göyöskürəkdən
əzab çəkənlərə gündə üç dəfə heyva çöpü və yarpağını
dəmləyil içirtmək məsləhətdir.
Tərəkəmələrin inamına görə: tez-tez hıçqıran adama
yeddi qaşıq ilıq su içirtmək lazımdır.
Tərəkəmələrin inamına görə: göyöskürəkdən, bəl-
ğəmdən əziyyət çəkənlərə bir stəkan süddə bir boşqab ənciri
qaynadıb bir həftə ərzində gündə üç dəfə – səhər, günorta,
axşam yemək məsləhətdir.
Tərəkəmələrin inamına görə: inək, qoyun, keçi sağı-
lan zaman uşaqlardan kimsə lalənin qönçəsini açıb, zoğunu
qırarsa, sağılan heyvanın südü kəsilər.
Tərəkəmələrin inamına görə: istər atlı, istərsə də
piyada bir kəs qəbiristanlıqdan keçərkən atdan düşməli, ayaq
saxlayıb: "Allah yuxunuzu şirin, yerinizi behiştlik etsin", –
dedikdən sonra qəbiristandan keçib getməlidir. Həmin adam
deyilənlərə əməl etməsə, o dünyada cəhənnəm odunda
yanacaq, ona rəhmət oxuyan tapılmayacaqdır.