__________________________________ Nübar Həkimova
87
zəncir, dəhrə, balta qoyularsa, hal (al) anası zahı qadına
toxunmaz.
Tərəkəmələrin inamına görə: doğulan körpənin qırxı
çıxana qədər gündə üç dəfə üzərlik yandırıb, onun beşiyinin
başına dolandırılarsa, uşağa nə bədnəzər, nə də hal anası
toxunar.
Tərəkəmələrin inamına görə: qırxı çıxmamış uşağın
və ananın başı altına qırx gün bıçaq, dəmir qoyur, yaxasına
iynə sancırlar ki, hal anası həm anaya, həm də doğulan uşağa
toxunmasın.
Tərəkəmələrin inamına görə: hal anası toxunan qadın
erkək ağ atın qarnı altından keçirilərsə, nəzər qadından ata
keçər.
Tərəkəmələrin inamına görə: körpə uşağa göz dəy-
məsin deyə onun beşiyinə, bələyinə möhrə tikərlər ki, pis
gözdən, bəd nəzərdən uzaq olsun.
Tərəkəmələrin inamına görə: üstündə göz muncuğu,
yal-quzaq (bozqurd) dişi gəzdirən adama göz dəyməz, işi
avand olar, hər yerdə sözü ötər.
Dostları ilə paylaş: |