Tərəkəmələrin inamına görə: qadın hamilə olarkən
toyuğun ödünü ocağa atırlar. Əgər güclü partlarsa, o zaman
qadının oğlu, yox əgər partlaması eşidilməzsə, qızı olar.
Tərəkəmələrin inamına görə: ana hamilə olarkən
uşaq ana bətnində çox tez-tez çabalayarsa oğlan, sakit olarsa,
qızı olar.
Tərəkəmələrin inamına görə: uşaq anadan olandan
sonra, onun bələyinin, yüyrüyünün, yorğanının üzünə sarı
parça örtərlər ki, sarılıq xəstəliyinə tutulmasın.
Tərəkəmələrin inamına görə: uşağın qırxı çıxandan
sonra, körpəni oğlandırsa ən uzun ömürlü, ağıllı-pirani qoca
kişinin, qızdırsa ən ağbirçək, imanlı qarının qucağına
qoyurlar ki, uzun ömürlü və ağıllı olsun.
Tərəkəmələrin inamına görə: körpə uşağın əlini un-
buğda çuvalına salırlar ki, bolluq olsun, taxıl, çörək bərəkətli
olsun.
Tərəkəmələrin inamına görə: evin astanasına dəmir,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|