Tərəkəmələrin inamına görə: yola çıxan adamın atı
kişnəyərsə, xeyir tapmaz, onu xata-bəla gözləyir, qayıtması
məsləhətdir.
Tərəkəmələrin inamına görə: uğura çıxan adamın qa-
bağına boş qabla çıxılsa, o, xeyir tapmaz. Getdiyi iş düzəl-
məz, boş qayıdar.
Tərəkəmələrin inamına görə: evdə bərəkət olsun
deyə, ev sahibi xam (təzə) parçanın içərisinə qismət-çörək,
duz və bir parça qənd qoyar, onu evin qibləsi tərəfdən,
divarın və ya pəncərənin bir yerindən asar.
Tərəkəmələrin inamına görə: ürək döyüntüsündən,
ağrısından əziyyət çəkənlərə hər dəfə yeməkdən qabaq bir
fincan ətirşah dəmləməsi içirdərlər.
Tərəkəmələrin inamına görə: qızdırma, titrətmə xəs-
təliyinə tutulanlara tər qızılgül yasəmən ilə gülabı dəmləyib
içirərlər.
Tərəkəmələrin inamına görə: dəmrovdan əziyyət çə-
kən adama bir həftə ara vermədən qəlyan çubuğunun qara
qatı qatranını gündə üç dəfə, səhər, günorta, axşam yaranın
üstünə çəkmək məsləhətdir.