Tərəkəmələrin inamına görə: uşaq gec yeriyəndə, qa-
bağınca keçi buraxıb, arxasınca yeri təzə süpürgə ilə sü-
pürərlər ki, tez yerisin.
Tərəkəmələrin inamına görə: gec danışan pəltək
uşaqlara təzə bulama verər və sərçə əti yedizdirərlər ki, uşaq
dil-dil ötsün.
Tərəkəmələrin inamına görə: təzəbəy, təzəgəlin zifaf
gecəsinin səhəri sağ əlini kimin başına çəkib "Allah istək-
arzuna çatdırsın" – desə, həmin kəsin bəxti açılar. Tezliklə
qapısına elçi gələr.
Tərəkəmələrin inamına görə: təzəbəy, təzəgəlin bar-
mağındakı nişan üzüyünü, qulağındakı sırğasını, boynundakı
boyunbağını, əynindəki ilk bəylik, gəlinlik paltarını
geyinmək və ya taxmaq üçün başqasına verərsə, onlar
xoşbəxt olmaz, həmin evin bərəkəti yoxa çıxar.
Tərəkəmələrin inamına görə: təzə gəlin zifaf gecə-
sindən sonra, səhər tezdən duranda bir qabda təmiz su
götürüb "Ey Su ilahəsi, sən bu ailəyə təmizlik, xoşbəxtlik,
gün aydınlığı, xoş güzəran gətir. Pis sözü, pis gözü bu
ailədən iraq eylə", – desə, həmin sudan evin hər küncünə üç
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|