__________________________________ Nübar Həkimova
93
Tərəkəmələrin inamına görə: səhər tezdən uğura çı-
xan adam sudan, su yanından keçərkən: "Pak üzün mübarək,
su pərisi" – deməsə, həmin adamın uğuru xeyir tapmaz.
Axşam su üzərindən atlananda, su yanından keçəndə:
"Pak üzünə sabahlar xeyirliklə açılsın, su anası" – deməsə,
həmin adama su anasından ziyan toxunar.
Tərəkəmələrin inamına görə: kim axşam yatarkən:
"Yataram ya birdi bir olan Allah, qalxaram inşallah" – desə,
şər qüvvələr onun yatağından uzaqlaşar, pis, qorxulu
yuxulardan uzaq olar.
Dostları ilə paylaş: |