Tərəkəmələrin inamına görə: kim səhər tezdən yu-
xudan duranda üzüqibləyə dayanıb təmiz ağızla: "Ya birdi
bir olan Allah sənin şəriksizliyini salamlayıram" – desə, uğu-
ru xeyir tapar, o günü işi avand olar, pis sözdən, pis gözdən
uzaq olar.
Tərəkəmələrin inamına görə: təzəgəlinin nişan üzü-
yünü barmağından tez çıxarması yaxşı əlamət deyil.
Tərəkəmələrin inamına görə: axır çərşənbədə, gecə
ilə gündüz bərabərləşəndə anadan olan uşağın taleyi üzünə
gülər, xoşbəxt olar, ruzusu bol olar. Allah adamı olan belə
uşaqlar, pislik, paxıllıqdan uzaq olar, hamının firavan dolan-
masını istəyərlər.
Dostları ilə paylaş: |