Tərəkəmələrin inamına görə: quyruqlu ulduz doğan
günü kim ürəyində niyyət tutub ulduzun doğduğunu görsə,
bütün arzu və istəkləri yerinə yetəcək, ömrü boyu xeyir
tapacaqdır. (Quyruqlu ulduz hər 30 ildən bir doğur).
Tərəkəmələrin inamına görə: su içən adamı danış-
dıran, qəfil vuran cəhənnəmə gedər, xoşbəxt olmaz.
Tərəkəmələrin inamına görə: çərşənbə günü gözü
səyriyən adamı uğur gözləyir.
Tərəkəmələrin inamına görə: adam yatmazdan qabaq
və səhər işə gedəndə, üzərlik yandırıb qoxularsa, başına
dolandırsa, xəta o adamdan uzaq olar, xeyir tapar.