79
təzyiqini tənzimləyir, xəstədə xoş əhvali-ruhiyyə oyadır.
Oynaqlarında şiddətli ağrıları olan, həmçinin yel xəstə-
liyindən əziyyət çəkənlərə 20-25 gün axşamlar yatmamışdan
əvvəl əncir yarpağını qaynadıb suyunda çimmək və ağrı olan
yerlərə əncir yarpağı qoyub sarımaq məsləhətdir. Bunu
həftədə iki dəfə təkrar etmək lazımdır.
Zəncirotu qönçələnəndə (yaz vaxtı) onun özəyini qo-
parıb acqarına südlü saplağını və gündə üç dəfə isə 5-6 zo-
ğunu yemək məsləhətdir. Bu, qaraciyər, ürək, böyrək xəstə-
liklərinin müalicəsinə çox xeyirlidir.
Bağayarpağı (yaz və yayın əvvəllərində) yenicə yar-
paqlayanda onu dərib, xörəyə qatmaq və ya kətəsini, sıxma
pencərini yemək bütün daxili xəstəliklərə müalicəvi kömək
edir, həmçinin ürək ağrısının, qaraciyərin, dalağın, böyrəklə-
rin, göz ağrısının, görmə qabiliyyətinin müalicəsi üçün də
xeyirlidir. Bağayarpağı toxumunu ləklərdə əkib, ondan heç
olmasa həftədə 2-3 dəfə istifadə etmək məsləhətdir. Bu, min
bir dərdin dərmanıdır.
Novruzun son çərşənbə axşamı yerə nəfəs, ağaclara hə-
yat gələndə 21 mart gecə saat 12 radələrində kim tənəyin qol-
budağının kəsilmiş yerindən 7 damcı su şirəsi yığıb içərsə,
ömrü uzun, dərd-bezardan uzaq olar, arzu-istəyinə qovuşar.
Boğazı gələn, ağrıyan adama cunanı zeytun yağında
isladıb boğaza sarımaq məsləhətdir, ağrı tez keçib gedər.
Sarılıq xəstəliyinə tutulanlara duzsuz xörək və çörək
yemək məsləhətdir.
Şəkər xəstəliyindən əziyyət çəkənlərə tut yarpağını
dəmləyib içmək məsləhətdir.
Böyrək xəstəliyindən əziyyət çəkənlərə bir həftə ardıcıl
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com