Uolter Elayas (Uolt Disney)
1901-ci il dekabr ayının 5-də
İrlandiyadan gəlmiş çox kasıb
bir ailədə dünyaya göz açmışdır.
1919-cu ildən etibarən Kanzas-
Siti şəhərində karikatura rəssamı
işləmişdir. Daha sonralar Disney
reklam kompaniyasına daxil ol-
muşdur və burada Y.Ayverksomla işləməyə başlamış-
dır. Həmin yerdə Disneyin məşhur qəhrəmanlarının
hazırlanması ilə məşğul olmuşlar. Gülməli rəsm kari-
katuraları çəkərək film yaratmış, həmin filmin adı isə
“Gülməyin qramı” adlandırılmışdır. Bu formada ilk
reklam çarxları ilə fəaliyyətə başlamışdır. Özünün çox
da böyük olmayan “Laf-o qramz” adlı şəxsi kompani-
yası olan Uolt Disney rəsmlərdən ibarət nağıl filmləri
olan “Göyçək Fatma”, “Qırmızı papaq”, “Çəkməli
pişik” və başqalarını böyük ustalıqla yaratmışdı.
Disneyin “Dəlicəsinə təyyarə” adlı filmində yeni
personaj olan “Mikki Maus” siçanı meydana çıxdı və
tez bir zamanda məşhurlaşdı. 1929-cu ildə “Skletlərin
rəqsi” adlı film işıq üzü görmüşdü. Qəhrəmanların
içərisində ən çox istifadə edilən Mikki Maus, ən
şanssız ördək Donald Dak, it Plutto və Disneyin digər
həmişə istifadə edilən personajları canlandırılmışdı.
Uolt Disney 1932-ci ildə Mikki Maus personajı-
nın yaradılmasına görə Oskar mükafatına layiq görül-
müşdü. Bundan sonra Disney Amerikanın cizgi
filmlərini qeydiyyatdan keçirməyə başlamış və burada
M.Sennetta adlı gülməli ənənələri özündə birləşdirən
məktəb açılmışdı. 1933-cü
ildə Disney ilk dəfə olaraq
dünyada rəngli cizgi film
buraxmış və bu zaman
ABŞ-ın işlənmiş “Texniko-
lor” metodundan istifadə
etmişdi. Onun xüsusi uğuru
isə “Üç donuz balası” adlı
filmi ilə olmuş və 1933-cü
ildə bu filmə görə Oskar
mükafatı qazanmışdı. 1930-
cu illərin ortalarında U.Dis-
neyin filmləri tədricən Av-
ropa və dünya bazarına
çıxmağa başlamışdı. “Ağ-
bəniz və yeddi cücə” adlı
filmlə Disney ilk dəfə
olaraq yarım metrajlı filmə
müraciət etmiş və 1938-ci
ildə Venesiyada keçirilən
Beynəlxalq festivalda Os-
kar mükafatı ilə təltif
edilmişdi. İkinci dünya mü-
Dekabr
110 illiyi
Disney Uolt
1901-1966
Rejissor
5
326
haribəsindən sonra Disney studiyası sifariş edilmiş
qısa metrajlı filmlər çəkməyə davam etmişdi.
Bunlardan “Göyçək Fatma” (1950-ci ildə Venesiyada
keçirilmiş Beynəlxalq festivalda mükafat almışdı),
“Alisiya möcüzələr ölkəsində” (1951) , “Piter Pen”
(1953), “Xanım və avara” (1955), “Yatmış gözəl”
(1959), “101 dolamatin iti” (1961), “Meri Poppinz”
(1965-ci ildə əsasən aktyor və cizgilərin köməyi ilə
yaradılmışdır), “Cəngəllik kitabı” (1967-ci ildə
Disneyin ölümündən sonra bitirilmişdi) və başqalarını
sadalamaq olar.
XX əsrin 50-60-cı illərinin sonlarında Disney
studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır.
Bunlara “İnsanlar və ölkələr”, “Həyatdan macəra”
(burada heyvanların həyatına diqqət yetirilirdi) və
oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri
daxil edilmişdi. Öz işlərinə görə Disney 29 Oskar al-
mışdır. Uolt Disneyin ha-
zırladığı ən böyük layihə-
lərdən biri uşaqlar üçün nə-
zərdə tutulmuş Kaliforniya-
da yaradılan park Disney-
lend olmuşdur. Hansı ki,
burada atraksion üsullarını
özündə birləşdirən və onun
filmində olan personajlar
vardır. Disneylend parkı
1955-ci ildən açıq elan edil-
mişdir.
Görkəmli rejissor, rəs-
sam və prodüser Uolt Dis-
ney 15 dekabr 1966-cı ildə
vəfat etmişdir.
Ədəbiyyat
Disney, Disni Uolt (05.12.1901-15.12.1966) //Azərbaycan Sovet Ensiklopediya-
sı.-10 cilddə.- Bakı, 1984.- C.3.- S.472-473.
İnternetdə
www.animaral.com
www.az.wikipedia.org
www.bizimyol.az
Adilə Abdullayeva
327
14 fevral 1876-cı il – Vaşinqton
şəhərində Aleksandr Bell özünün
telefon ixtirasına patent aldığı bu
tarix telefon rabitəsinin rəsmi
yaranma günü kimi qeyd edilir.
A.Bell tərəfindən kəşf edilmiş
telefon rabitəsinin qısa müddətdə
Amerikada, Avropada, Rusiyada,
o cümlədən Azərbaycanda da tətbiqinə başlandı.
Azərbaycan rabitəsi müəyyən tarixi mərhələlərdə
çətin və keşməkeşli yol keçib. 1881-ci ildə Bakıda
“Qafqaz və Merkuri” gəmiçilik cəmiyyəti tərəfindən
ilk telefon xəttinin çəkilməsi ilə tarixə düşən
Azərbaycan rabitəsi yarandığı gündən yüksək inkişaf
mərhələsi keçib...
Azərbaycanda rabitənin tarixi neft tariximizlə
birgə başlayır. 1881-ci ilin yanvarında “Nobel
qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq
məqsədilə Bakı qubernatoru general-leytenant Rozenə
müraciət etmiş və həmin ilin 18 fevral tarixində
çəkilişə icazə almışdı. 23 noyabr 1881-ci il tarixində
istismara verilən bu xəttin uzunluğu 6 km idi. Cəmiy-
yətin baş kontoru ilə sədr və baş mühəndisin evlərini
birləşdirirdi. Bundan sonra telefon xəttinin inşası və
onun əhəmiyyəti neft sahibkarlarını bu işə cəlb etdi.
1886-cı ildə Sankt-Peterburq və Bakı şəhərləri
arasında teleqraf rabitəsinin yaradılması, 1911-ci ildə
isə Tiflis-Bakı-Yelizavetpol istiqamətində telefon
xəttinin çəkilməsi rabitə tariximizin yaddaqalan sə-
hifələrindəndir.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xal-
qın tələbi ilə yenidən haki-
miyyətə qayıdışından sonra
Azərbaycanda rabitənin
inkişafı geniş vüsət aldı.
Heydər Əliyevin 2003-cü il
fevralın 17-də imzaladığı
və 2003-2012-ci illəri əhatə
edən Azərbaycan Respubli-
kasının inkişafı naminə in-
formasiya və kommunika-
siya texnologiyaları üzrə
Milli Strategiya 10 il ərzin-
də görüləcək işlərin ümumi
xəttini müəyyənləşdirdi.
Aparılan kompleks islahat-
lar nəticəsində Azərbay-
canda mobil telefon rabi-
təsi, internet sürətlə inkişaf
etməyə başladı, ATS-lərin
elektronlaşdırılması və di-
gər mühüm işlər həyata ke-
çirildi.
Ümummilli liderin si-
yasi kursunun layiqli da-
vamçısı İlham Əliyevin
Azərbaycan Prezidenti se-
çilməsindən sonra ölkənin
rabitə və informasiya tex-
Dekabr
Rabitə İşçilərinin Peşə Bayramı
2006
6
328
nologiyaları kompleksində yeni, mühüm mərhələnin
əsası qoyuldu.
2004-cü il fevralın 20-də Azərbaycan Preziden-
tinin müvafiq fərmanı əsasında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin yaradılması bu sahənin
inkişafında mühüm hadisə oldu. 2006-cı il dekabrın 2-
də isə Azərbaycan Respublikasında 6 dekabr Rabitə
və İnformasiya Texnologiyaları sahəsi İşçilərinin Peşə
Bayramı Günü kimi qeyd olunması haqqında Prezi-
dent Sərəncamı imzalandı. Bu tarixi sərəcam Rabitə
və İnformasiya Texnologiyaları sahəsində çalışan
işçilərin əməyinə verilmiş ən yüksək qiymətdir. Bu
gün, informasiya-kommunikasiya texnologiyaları
sektoru potensial imkanlarına görə Azərbaycanda
energetika sektorundan sonra ikinci sahədir. Azər-
baycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirak-
çısına və təşkilatçısına çevrilib. Son illər Bakıda
Trans-Avropa-Asiya layihəsinin icrası üzrə rabitə
nazirlərinin görüşləri keçirilib, beynəlxalq telekom-
munikasiya sərgiləri təşkil edilib. Hər il paytaxtımızda
keçirilən Bakutel beynəlxalq sərgisi isə ölkəmizin
müasir rabitə dövləti kimi artan nüfuzundan xəbər
verir.
Hazırda Azərbaycan
Respublikasında rabitə və
informasiya texnologiyala-
rının inkişafı üzrə 2005-
2008-ci illər üçün Dövlət
Proqramı – Elektron Azər-
baycan Proqramı uğurla hə-
yata keçirilir. Uğurla real-
laşdırılan layihələrdən biri
də Azərbaycanın süni pey-
kinin yaradılması istiqa-
mətində atılan addımlardır.
Bununla əlaqədar artıq
Beynəlxalq Telekommu-
nikasiya İttifaqı ilə lisen-
ziyanın alınmasında əsas
məsələlər razılaşdırılıb. Bu
isə ölkəmizin gələcəkdə
kosmik sənayeyə malik öl-
kəyə çevrilməsinə şərait
yaradacaq.
Ədəbiyyat
Rabitə haqqında Azərbaycan Respublikasının Qanunu /red. heyəti: Ə.Babayev,
T.Kuzmina, K.Şükürov.- Bakı, 1997.- S.3. (Biznesmenin Bülleteni)
Telefon rabitəsi //Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.- Bakı, 2007.-
S.473.
Sadıqov, Ə. Rabitə sistemi dinamik inkişaf edir 6 dekabr Rabitə və İnformasiya
Texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür /Ə.Sadıqov //Respublika.-
2008.- 6 dekabr.- S.2.
İnternetdə
www.az.wikipedia.org
www.aztv.az
www.itv.az
Nailə Alışova
329
Mərziyə Yusif qızı Davudova
1901-ci il dekabr ayının 8-də
Həştərxanda doğulmuşdur. Milliy-
yətcə tatar olan aktrisanın anası
Qaşqa-Camal elmə, sənətə, ədəbiy-
yata meyilli idi. Kiçik Mərziyə
1908-ci ildə kəndlərindəki dördillik
“Darültəhsil” tatar məktəbində
oxumuşdur.
İlk dəfə teatr tamaşasına on dörd yaşında, Alek-
sandr Dümanın “Kameliyalı qadın” əsərinə baxmışdır.
“İqbal” rus-tatar məktəbində oxuyarkən həvəskarların
hazırladıqları tamaşalarda oynamışdır.
Ərini erkən itirən Qaşqa-Camal xanım 1915-ci ildə
yenidən ailə qurmuşdur. Evdə tək qalan Mərziyə get-
gedə teatra böyük maraq göstərmişdir.
1918-ci ildə Hüseyn Ərəblinski növbəti dəfə
Hacıtərxana qastrola gəlmiş və həvəskarların hazırla-
dıqları tamaşalara da baxmışdır. Mərziyə Davudova-
nın oyunu onun çox xoşuna gəlmiş və ona Bakıya
gəlməyi tövsiyə etmişdi. 1919-cu ildə anasını da itirən
Mərziyə Davudova Bakıya gəlmişdi. Həmin dövrdə
Hüseyn Ərəblinski artıq həyatda yox idi. Aktrisa
arada çox qısa müddət Tiflis Azərbaycan Dram
Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrü-
nün sonunadək Milli teatrın aparıcı sənətçilərindən ol-
muşdur.
Cəfər Cabbarlının “Aydın” (Gültəkin), “Oqtay Elo-
ğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Gülüş
və Sevil), “Solğun çiçəklər” (Gülnisə), “Dönüş” (Gül-
sabah və Turac), “1905-ci
ildə” (Nabat və Sona),
“Trablis müharibəsi” (Şəm-
sa) əsərlərinin tamaşala-
rında əsas rollarda uzun il-
lər səhnəyə çıxmış aktri-
sanın çoxsaylı rollarını bir
neçə bölgüdə təqdim etmək
onun zəngin irsini daha ba-
riz şəkildə göstərir.
Azərbaycan klassik dra-
maturqlarının: Hüseyn Ca-
vidin yazdığı “Şeyx Sə-
nan”da Əzra və Xumar
(Tamara), “İblis”də Xavər,
“Səyavuş”da Südabə,
“Uçurum”da Anjela, “To-
pal Teymur”da Almaz,
“Knyaz”da Jasmen və s.
pyeslərində oynamışdır.
Çağdaş milli dramaturq-
lardan İsmayıl Rüstəmbə-
yovun “Dövləti-bisəmər”
(Nisə), Mirzə İbrahimovun
“Həyat” (Həyat), Süleyman
Rüstəmin “Qaçaq Nəbi”
(Həcər), Hüseyn Mehdinin
“Nizami” (Məhsəti), Rəsul
Rzanın “Vəfa” (Ülkər),
Ənvər Məmmədxanlının
Dekabr
110 illiyi
Mərziyə Davudova
1901-1962
Aktrisa
8
330
“Şərqin səhəri” (Gülzar) və s. əsərlərdə oynamışdır.
Avropa və rus klassiklərindən Vilyam Şekspirin
“Hamlet” (Gertruda-Göhərşad), “Otello” (Dezdemo-
na), “Maqbet” (Ledi Maqbet), “Kral Lir” (Qonerilya),
Fridrix Şillerin “Qaçaqlar” (Amaliya), “Məkr və mə-
həbbət” (Luiza), Aleksandr Şirvanzadənin “Namus”
(Sənəm və Susanna), Aleksandr Afinogenevin “Qo-
xu” (Klara), Valentin Katayevin “Çiçəklər yolu”
(Lautskaya), Vano Mçedaşvilinin “Qaçaq Kərəm”
(Seyrab) və s. dramlarının tamaşalarında əsas rollarda
çıxış etmişdir.
Mərziyə Davudova daxili ehtirası, güclü səhnə
temperamenti, monumental janrın tələblərinə cavab
verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə
aktrisası idi. Təbiətcə xeyirxah olması səhnədə yol-
daşlarına münasibətdə, xüsusən gənc aktyorlarla
işində nəzərə çarpırdı.
Romantik sevgi rollarında oyunu öz poetikliyi,
həzin lirizmi, poetik təravəti, səhnə hərəkətləri zərif-
liyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı.
Aktrisa “Koroğlu”, “Hacı Qara”, “Bir məhəlləli iki
oğlan”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bakının işıqları”
bədii filmlərinə çəkilmişdir. O, 1956-1962-ci illərdə
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri iş-
ləmişdir. Bir neçə çağırış Azərbaycan SSR Ali Sove-
tinin deputatı olmuşdur.
Qüdrətli sənətkar qırx
iki il milli səhnəmizə ləya-
qətlə xidmət göstərmiş,
milli teatr tariximizə ölməz
obrazlar silsiləsi bəxş et-
mişdir.
Onun yaradıcılığı yük-
sək qiymətləndirilərək 25
aprel 1933-cü ildə Azər-
baycan Respublikasının
Əməkdar artisti, 4 aprel
1936-cı ildə Xalq artisti və
22 iyul 1949-cu ildə SSRİ
Xalq artisti fəxri adları ilə
təltif edilmişdir. 2 Qırmızı
Əmək Bayrağı ordeni və
“Şərəf nişanı” ordeni, həm-
çinin medallarla təltif edil-
mişdir. Mingəçevir Dram
Teatrı aktrisanın adını da-
şıyır.
Mərziyə Davudova 5
yanvar 1962-ci ildə vəfat
etmişdir.
Ədəbiyyat
Şərif, A. Mərziyə Davudova /A.Şərif //XX əsr Azərbaycanın yaradıcı nəsilləri.-
Bakı, 2007.- S.18-19.
Rəhimli, İ. Mərziyə Davudova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.288-292.
Vəliyev, Y. Abbas Mirzə Şərifzadənin yadigarı: [Mərziyə Davudova-80]
/Y.Vəliyev //Mədəni-Maarif.- 2004.- № 2/3.- S.8-9.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
331
Aqil Əlirza oğlu Əliyev 1926-
ci il dekabr ayının 10-da Naxçıvan
şəhərində anadan olmuşdur. Aqil
müəllimin formalaşmasında ailə-
sinin, onun atası Əlirza bəy ilə
anası İzzət xanımın böyük zəhməti
olmuşdur. Bu ailə Aqil müəllimi
zəhmətə, əməyə, insanlara sonsuz
məhəbbət ruhunda tərbiyə etmişdir.
O, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Uni-
versitetinin Tarix fakültəsində təhsil almışdır. Əmək
fəaliyyətinə 1951-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunda elmi işçi kimi
başlayan Aqil Əliyev sonralar Azərbaycan Politexnik
İnstitutunda çalışmışdır. 1953-cü ildən taleyini
Azərbaycan Tibb Universiteti ilə bağlayaraq burada
müxtəlif vəzifələr tutmuşdur. O, 1973-cü ildən öm-
rünün sonunadək Tibb Universitetinin İqtisadiyyat və
Hüququn Əsasları kafedrasının müdiri işləmişdir.
Aqil Əliyev 1970-ci ildə namizədlik, 1984-cü ildə
isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Aqil
Əliyev iqtisad elminə qiymətli töhvələr verən alim
olmuşdur. Onun elmi fəaliyyətində Azərbaycanın
sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin
həyat səviyyəsinin yüksəldilməsinin aktual prob-
lemlərinin araşdırılması mühüm yer tutmuşdur.
Aqil Əliyev Azərbaycanda elmi-texniki inkişafın
kompleks proqramının işlənib hazırlanmasında ya-
xından iştirak etmişdir.
Əhalinin sağlamlığının qo-
runması ilə bağlı iqtisadi
problemlərin təhlili üzə-
rində ardıcıl çalışmış, res-
publikada məhsuldar qüv-
vələrin inkişaf sxeminin
hazırlanmasının müəlliflə-
rindən olmuşdur.
Aqil Əliyev bir neçə ixti-
saslaşdırılmış elmi və mü-
dafiə şüralarının üzvü idi.
O, elmi kadrların hazırlan-
masında fəal iştirak etmiş-
dir. Məhz bu xidmətlərinə
görə Aqil Əliyev 1981-ci
ildə “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş,
“Şöhrət” ordeni, “Qırmızı
əmək bayrağı” ordeni və bir
neçə medalla təltif edilmiş-
dir.
Aqil Əliyev iqtisadçıların
bir sıra beynəlxalq konfrans
və simpoziumlardakı çı-
xışları ilə Azərbaycan elmi-
ni yüksək səviyyədə təmsil
etmişdir. O, respublikanın
Dekabr
85 illiyi
Aqil Əliyev
1926-2006
İqtisadçı
10
332
elmi həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə
məşğul olmuşdur.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,
Əməkdar elm xadimi, professor Əliyev Aqil Əlirza
oğlu 2006-cı il martın 8-də
Bakı şəhərində vəfat etmiş-
dir. Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Ədəbiyyat
Aqil Əlirza oğlu Əliyev: 1926-2006 /Nekroloq //Elm.- 2006.- 18 mart.- S.2.
Görkəmli alim və pedaqoq Aqil Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir //Azərbaycan.- 2006.-15 dekabr.-S.2.
Əlirzayev, Ə. Sosial sferanın iqtisadi və metodoloji əsasları haqqında: İqtisad
elmləri doktoru Aqil Əliyev və Azad Quliyevin çapdan çıxmış “Sosial sferanın
iqtisadi və metodoloji əsasları kitabı haqqında /Ə.Əlirzayev //Azərbaycan.-2005.-
10 iyul.-S.5.
Qasımov, N. Yubiley nəşrləri: Aqil Əliyev-80 [A.Əliyeva həsr edilmiş
biblioqrafik göstərici haqqında] /N.Qasımov, İ.Səfərov //Respublika.-2006.-1 mart.-
S.7.
Şəkərəliyev, A. Qəlblərdə əbədi yaşayacaq böyük insan və alim: İqtisad elmləri
doktoru Aqil Əlirza oğlu Əliyev haqqında /A.Şəkərəliyev //Xalq qəzeti.-2007.-
4 mart.-S.4.
Samirə Eminova
333
Abdulla Novruz oğlu Qurbani
1956-cı il dekabr ayının 13-də
Naxçıvan Muxtar Respublika-
sının Şərur rayonunun Mahmud-
kənd kəndində anadan olmuşdur.
İbtidai təhsilini burada almış,
sonra Culfa rayonunun Əbqə-
dunus kənd internat məktəbini
bitirmişdir. Əmək fəaliyyətinə
Mədəniyyət Nazirliyinin nəzdində olan Mədəniyyət
İşçilərinin Respublika Hazırlıq və İxtisasartırma
Kursunda başlamış, 1975-1977-ci illərdə burada bədii
rəhbər vəzifəsində çalışmışdır.
1977-1978-ci illərdə Bakıda Aşıq Ələsgər adına
Xalq Yaradıcılıq evində kütləvi tamaşalar üzrə
metodist işləmişdir. 1978-1983-cü illərdə M.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
(indiki ADMİU) Teatrşünaslıq fakültəsində təhsil
almışdır. 1983-1989-cu illərdə Naxçıvan MR Şərur
rayonunda Tarix Diyarşünaslıq Muzeyində direktor,
1989-1993-cü illərdə Mədəniyyətşünaslıq şöbəsinin
müdiri olmuşdur. Ermənistan daşnak qoşunlarının
ölkəmizə təcavüzü dövrün-
də könüllü olaraq Milli
Ordu sıralarında əldə silah
Murov dağı döyüşlərində
iştirak etmişdir. Hazırda
Azərbaycan Respublikası
Müdafiə Nazirliyində zabit
kimi çalışır.
Bədii yaradıcılığa kiçik
yaşlarından başlamışdır. İlk
qələm təcrübələri rayon qə-
zetlərində dərc olunmuşdur.
Sonralar dövri mətbuatda
şeir, hekayə və publisistik
məqalələrlə müntəzəm çıxış
etmişdir. 50-dən artıq
şeirinə mahnı bəstələnmiş-
dir. “Daşaltı” pyesi Bakı
Bələdiyyə teatrında tamaşa-
ya qoyulmuşdur.
Ədəbiyyat
Daş andı /A.Qurbani.- Bakı: Dünya, 1999.- 148 s.
Mətinlik məktəbi /A.Qurbani.- Bakı: Dünya, 1996.- 256 s.
Ölmək istəyirəm /A.Qurbani.- Bakı: Dünya, 1999.- 128 s.
Ömrün karvanı /A.Qurbani.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2000.- 124 s.
Bəybala Ələsgərov
Dekabr
55 illiyi
Abdulla Qurbani
1956
Publisist
13
334
Ramiz Məmmədəli oğlu Əliyev
(Ramiz Rövşən) 1946-cı il dekabr
ayının 15-də Bakının Əmircan kən-
dində anadan olmuşdur. Orta təhsilini
Suraxanı rayonundakı 208 saylı şəhər
orta məktəbində almışdır. 1964-1969-
cu illərdə Azərbaycan Dövlət Univer-
sitetinin (indiki BDU) Filologiya
fakültəsində təhsil almış, 1976-1978-ci illərdə
Moskvada Ali Ssenari kurslarını bitirmişdir. Şairin
“Bir yağışlı nəğmə” adlı şeirlər kitabı 1970-ci ildə işıq
üzü görmüşdür. 1971-ci ildə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” sati-
rik kinojurnal studiyasında redaktor, 1974-1975-ci il-
lərdə kinostudiyanın ssenari emalatxanasında ssena-
rist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin
üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redak-
toru işləmişdir. “Göy üzü daş saxlamaz” (1987),
“Kəpənək qanadları” (1999), “Gedək biz olmayan
yerə” (2006) adlı kitabların müəllifidir. 1992-ci ildən
Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur.
Tərcüməçi kimi şair Sergey Yeseninin “Qara adam”
poemasını və şeirlərini, Aleksandr Blokun şeirlərini,
Vladimir Mayakovskinin “Şalvarlı bulud” poemasın-
dan parça və başqa əsərləri tərcümə etmişdir.
Ramiz Rövşən haqqında 1985-ci ildə “Üç çinar
yarpağı” (ssenari müəllifi Rüstəm İbrahimbəyov,
rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif
Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə
həsr olunub), 1987-ci ildə “Burax gedim, ay işığı”
(rejissor Ramiz Həsənoğlu), 1993-cü ildə “Ağrı”
(rejissor Ramiz Həsənoğlu)
adlı televiziya verilişləri
lentə alınmışdır. “Bağışla”,
“Bu qatarın dalınca bax-
ma”, “Unudacaq” (Flora
Kərimova), “Novruz gəlir,
yaz gəlir” (Aygün Kazı-
mova), “Ayrılıq” (Azərin),
“Yalquzaq” (Şəmistan Əli-
zamanlı) adlı mahnıların
mətnlərinin müəllifidir.
“Divlərin mahnısı” (Əzablı
yollar), “Yaraşmıram mən
sənə” (İşarəni dənizdən
gözləyin) “Şimşimə” (Gi-
rişmə, öldürər) “Yağış yu-
yur, gün qurudur” (Əlvida,
cənub şəhəri Mehriban Zə-
ki), “Dilin yansın, dil yiyə-
si” (Qala) adlı şeirləri film-
lərdə
səsləndirilmişdir.
“Babamızın babasının ba-
bası” (1981) tammetrajlı
bədii film, “Şəhərli biçin-
çilər” (1986) tammetrajlı
bədii film, “İşarəni dəniz-
dən gözləyin” (1986) tam-
metrajlı bədii film, “Süd di-
şinin ağrısı” (1987) tam-
metrajlı bədii film, “Şə-
hidlərdən şəhidlərə” (1990)
Dekabr
65 illiyi
Ramiz Rövşən
1946
Şair
15
335
qısametrajlı sənədli film, “Özgə vaxt” (1996) tam-
metrajlı bədii film, “Məkanın melodiyası” (2004)
tammetrajlı bədii film, “Qala” (2008) tammetrajlı
bədii filmlərinin ssenari müəllifi; “Bulud niyə
ağlayır?” (1973) qısametrajlı cizgi filmi, “İşarəni
dənizdən gözləyin” (1986), “Ac həriflər” (1993),
“Küçələrə su səpmişəm” (2004); “Pıspısa xanım və
siçan bəy” (1974), “Lovğa fil balası” (1987) cizgi
filmi, “Əzablı yollar” (1982) “Evlənmək istəyirəm”
(1983), “Xüsusi vəziyyət” (1986), “Kişi sözü” (1987),
“Araqarışdıran” (1987), “Gecə qatarında qətl” (1990),
“Etimad telefonu” (2001), “Kamança” (1993), “Hacı
Qara” (2002) tammetrajlı bədii filmlərində mahnı
mətnlərinin müəllifidir.
Şeir və hekayələri keç-
miş SSRİ-nin bir çox dil-
lərinə tərcümə edilmiş,
ABŞ-da, Almaniyada,
Fransada, Polşada, Bolqa-
rıstanda, Türkiyədə, İranda
çap olunmuşdur. Ramiz
Rövşən 1981-ci ildən Azər-
baycan Yazıçılar Birliyi
idarə heyətinin və Azərbay-
can Mətbuat Şurasının üz-
vüdür.
Ədəbiyyat
Nefes - kitablar kitabı: şiir-nesr-esse /R.Rövşən.-Ankara: Bengü, 2008.- 226 s.
Nəfəs - kitablar kitabı: şeir, nəsr, esse /R.Rövşən.-Bakı: Qanun, 2006.-760 s.
Sevgi məktubu kimi: şeirlər /R.Rövşən.-Bakı: Mütərcim, 2009.-52 s.
Yağışlı nəğmə: şeirlər/R.Rövşən.-Tehran: Əndişeye No, 2009.- 312 s.
Mürvətqızı, S. Səmimiyyətlə paylaşılan işıq və ya “yenə bu şəhərdə üz-üzə
gəldik...” /S.Mürvətqızı //525-ci qəzet .-2009.- 13 yanvar. - S.7.
İnternetdə
www.adyazar.az
www.az.wikipedia.org
Adilə Abdullayeva
336
Salatın Əziz qızı Əsgərova
1961-ci il dekabr ayının 16-da
Bakıda ziyalı ailəsində doğul-
muşdur.
1979-cu ildə M.Müşviq
adına 18 saylı orta məktəbi əla
qiymətlərlə başa vurmuşdur. Salatın elə həmin il
Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş-
dur. Mühəndis diplomu olsa da, ədəbiyyata olan
həvəsi onu jurnalistika aləminə yönəltmişdir. O,
əvvəlcə qələmini ştatdankənar müxbir kimi sına-
mışdır. Sonra “Bakı” və “Молодежь Азербайджана”
qəzetlərində müxtəlif mövzularda çıxışlar etməyə
başlamışdır. Onun toxunduğu məsələlər həyatımızın
ən vacib problemləri ilə bağlı olmuşdu. Qarabağ
dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının
başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə
xəttinə getmiş, qaynar nöqtələrdən operativ mate-
riallar hazırlamışdır. Ailəsi, iş yoldaşları ondan bərk
nigaran qalırdı. Dəfələrlə onun döyüş bölgəsinə
getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə
nail ola bilmirdilər.
Salatın bir rus zabitinin maşınına əyləşərək erməni
kəndlərinin birinə yollanmışdı. O, kənd dükanının
yanında adamlarla söhbət etmiş, onları təhrikə uyma-
mağa, barışığa çağırmışdı. Az qalır ki, bu sözlərə
görə azğınlaşmış erməni yaraqlıları onu güllələsinlər.
Rus zabiti Salatını güclə aradan çıxarmışdı. Lakin
aldığı yaralardan onun özü həlak olmuşdu.
1991-ci il yanvarın 9-
da o, Laçından Şuşaya gə-
lirdi, yolun 6-cı kilometrin-
də, Qaladərəsi kəndi yaxın-
lığında erməni quldurları
maşını yaxın məsafədən
atəşə tutmuşlar. Tanınmış
jurnalist, “Молодежь Азер-
байджана” qəzetinin əmək-
daşı Salatın Əsgərova vəh-
şicəsinə qətlə yetirilmişdir.
Ailəli idi. Bir oğlu yadi-
gar qalıb.
Azərbaycan Respublika-
sı Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 saylı
Fərmanı ilə Əsgərova Sala-
tın Əziz qızına ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmış-
di.
Bakı şəhərində adına kü-
çə var. Bakı buxtasındakı
gəzinti kateri onun adını
daşıyır. “Təfəkkür” Univer-
sitetində büstü qoyulmuş-
dur. Yaşadığı binaya barel-
Dekabr
50 illiyi
Salatın Əsgərova
1961-1991
Milli
Q əhr əman
16
337
yefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.
Ədəbiyyat
S.Ə.Əsgərovaya, A.M.Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı
verilməsi haqqında: [Əsgərova Salatın Əziz qızı - «Молодежь Азербайджана»
qəzetinin müxbiri - Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və
dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə
yetirərkən göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-
1992.- № 21.-S.27. (Ölümündən sonra).
Əsgərov, V. Əsgərova Salatın Əziz qızı /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.70.
Əsgərova Salatın Əziz qızı //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.71.
Əsgərova, Z. “Salatın evə güllər gətirdi” /Z.Əsgərova //Şərq.-2007.- 8 mart.-S.3.
Saqibə Mehrəliyeva
|