Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 

Uolter Elayas (Uolt Disney) 

1901-ci il dekabr ayının 5-də 

İrlandiyadan gəlmiş çox kasıb 

bir ailədə dünyaya göz açmışdır. 

1919-cu ildən etibarən Kanzas-

Siti şəhərində karikatura rəssamı 

işləmişdir. Daha sonralar Disney 

reklam kompaniyasına daxil ol-

muşdur və burada Y.Ayverksomla işləməyə başlamış-

dır. Həmin yerdə Disneyin məşhur qəhrəmanlarının 

hazırlanması ilə məşğul olmuşlar. Gülməli rəsm kari-

katuraları çəkərək film yaratmış, həmin filmin adı isə 

“Gülməyin qramı” adlandırılmışdır. Bu formada ilk 

reklam çarxları ilə fəaliyyətə başlamışdır. Özünün çox 

da böyük olmayan “Laf-o qramz” adlı şəxsi kompani-

yası olan Uolt Disney rəsmlərdən ibarət nağıl filmləri 

olan “Göyçək Fatma”, “Qırmızı papaq”, “Çəkməli 

pişik” və başqalarını böyük ustalıqla yaratmışdı. 

Disneyin “Dəlicəsinə  təyyarə” adlı filmində yeni 

personaj olan “Mikki Maus” siçanı meydana çıxdı və 

tez bir zamanda məşhurlaşdı. 1929-cu ildə “Skletlərin 

rəqsi” adlı film işıq üzü görmüşdü. Qəhrəmanların 

içərisində  ən çox istifadə edilən Mikki Maus, ən 

şanssız ördək Donald Dak, it Plutto və Disneyin digər 

həmişə istifadə edilən personajları canlandırılmışdı.  

Uolt Disney 1932-ci ildə Mikki Maus personajı-

nın yaradılmasına görə Oskar mükafatına layiq görül-

müşdü. Bundan sonra Disney Amerikanın cizgi 

filmlərini qeydiyyatdan keçirməyə başlamış və burada 

M.Sennetta adlı gülməli  ənənələri özündə birləşdirən 

məktəb açılmışdı. 1933-cü 

ildə Disney ilk dəfə olaraq 

dünyada rəngli cizgi film 

buraxmış  və bu zaman 

ABŞ-ın işlənmiş “Texniko-

lor” metodundan istifadə 

etmişdi. Onun xüsusi uğuru 

isə “Üç donuz balası” adlı 

filmi ilə olmuş  və 1933-cü 

ildə bu filmə görə Oskar 

mükafatı qazanmışdı. 1930-

cu illərin ortalarında U.Dis-

neyin filmləri tədricən Av-

ropa və dünya bazarına 

çıxmağa başlamışdı. “Ağ-

bəniz və yeddi cücə” adlı 

filmlə Disney ilk dəfə 

olaraq yarım metrajlı filmə 

müraciət etmiş  və 1938-ci 

ildə Venesiyada keçirilən 

Beynəlxalq festivalda Os-

kar mükafatı ilə  təltif 

edilmişdi. İkinci dünya mü-

 

Dekabr  


 

110 illiyi 

Disney Uolt 

1901-1966 

 

 

 



Rejissor 



326 

haribəsindən sonra Disney studiyası sifariş edilmiş 

qısa metrajlı filmlər çəkməyə davam etmişdi. 

Bunlardan “Göyçək Fatma” (1950-ci ildə Venesiyada 

keçirilmiş Beynəlxalq festivalda mükafat almışdı), 

“Alisiya möcüzələr ölkəsində” (1951) , “Piter Pen” 

(1953), “Xanım və avara” (1955), “Yatmış gözəl” 

(1959), “101 dolamatin iti” (1961), “Meri Poppinz” 

(1965-ci ildə  əsasən aktyor və cizgilərin köməyi ilə 

yaradılmışdır), “Cəngəllik kitabı” (1967-ci ildə 

Disneyin ölümündən sonra bitirilmişdi) və başqalarını 

sadalamaq olar. 

XX  əsrin 50-60-cı illərinin sonlarında Disney 

studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. 

Bunlara “İnsanlar və ölkələr”, “Həyatdan macəra” 

(burada heyvanların həyatına diqqət yetirilirdi) və 

oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri 

daxil edilmişdi. Öz işlərinə görə Disney 29 Oskar al-

mışdır. Uolt Disneyin ha-

zırladığı  ən böyük layihə-

lərdən biri uşaqlar üçün nə-

zərdə tutulmuş Kaliforniya-

da yaradılan park Disney-

lend olmuşdur. Hansı ki, 

burada atraksion üsullarını 

özündə birləşdirən və onun 

filmində olan personajlar 

vardır. Disneylend parkı 

1955-ci ildən açıq elan edil-

mişdir.  

Görkəmli rejissor, rəs-

sam və prodüser Uolt Dis-

ney 15 dekabr 1966-cı ildə 

vəfat etmişdir. 



 

Ədəbiyyat 

 

Disney, Disni Uolt (05.12.1901-15.12.1966) //Azərbaycan Sovet  Ensiklopediya-

sı.-10 cilddə.- Bakı, 1984.- C.3.- S.472-473. 

 

İnternetdə 

www.animaral.com 

www.az.wikipedia.org 

www.bizimyol.az 

Adilə Abdullayeva 


327 

 

    


14 fevral 1876-cı il – Vaşinqton 

şəhərində Aleksandr Bell özünün 

telefon ixtirasına patent aldığı bu 

tarix telefon rabitəsinin rəsmi 

yaranma günü kimi qeyd edilir. 

A.Bell tərəfindən kəşf edilmiş 

telefon rabitəsinin qısa müddətdə 

Amerikada, Avropada, Rusiyada, 

o cümlədən Azərbaycanda da tətbiqinə başlandı. 

Azərbaycan rabitəsi müəyyən tarixi mərhələlərdə 

çətin və keşməkeşli yol keçib. 1881-ci ildə Bakıda 

“Qafqaz və Merkuri” gəmiçilik cəmiyyəti tərəfindən 

ilk telefon xəttinin çəkilməsi ilə tarixə düşən 

Azərbaycan rabitəsi yarandığı gündən yüksək inkişaf 

mərhələsi keçib...  

Azərbaycanda rabitənin tarixi neft tariximizlə 

birgə başlayır. 1881-ci ilin yanvarında “Nobel 

qardaşları  cəmiyyəti” telefon çəkilişinə icazə almaq 

məqsədilə Bakı qubernatoru general-leytenant Rozenə 

müraciət etmiş  və  həmin ilin 18 fevral tarixində 

çəkilişə icazə almışdı. 23 noyabr 1881-ci il tarixində 

istismara verilən bu xəttin uzunluğu 6 km idi. Cəmiy-

yətin baş kontoru ilə sədr və baş mühəndisin evlərini 

birləşdirirdi. Bundan sonra telefon xəttinin inşası  və 

onun əhəmiyyəti neft sahibkarlarını bu işə cəlb etdi. 

1886-cı ildə Sankt-Peterburq və Bakı  şəhərləri 

arasında teleqraf rabitəsinin yaradılması, 1911-ci ildə 

isə Tiflis-Bakı-Yelizavetpol istiqamətində telefon 

xəttinin çəkilməsi rabitə tariximizin yaddaqalan sə-

hifələrindəndir. 

Ulu öndər Heydər 

Əliyevin 1993-cü ildə xal-

qın tələbi ilə yenidən haki-

miyyətə qayıdışından sonra 

Azərbaycanda rabitənin 

inkişafı geniş vüsət aldı. 

Heydər Əliyevin 2003-cü il 

fevralın 17-də imzaladığı 

və 2003-2012-ci illəri əhatə 

edən Azərbaycan Respubli-

kasının inkişafı naminə in-

formasiya və kommunika-

siya texnologiyaları üzrə 

Milli Strategiya 10 il ərzin-

də görüləcək işlərin ümumi 

xəttini müəyyənləşdirdi. 

Aparılan kompleks islahat-

lar nəticəsində Azərbay-

canda mobil telefon rabi-

təsi, internet sürətlə inkişaf 

etməyə başladı, ATS-lərin 

elektronlaşdırılması  və di-

gər mühüm işlər həyata ke-

çirildi. 

Ümummilli liderin si-

yasi kursunun layiqli da-

vamçısı  İlham  Əliyevin 

Azərbaycan Prezidenti se-

çilməsindən sonra ölkənin 

rabitə  və informasiya tex-

 

Dekabr  


 

Rabitə İşçilərinin Peşə Bayramı 

2006 



328 

nologiyaları kompleksində yeni, mühüm mərhələnin 

əsası qoyuldu.  

2004-cü il fevralın 20-də Azərbaycan Preziden-

tinin müvafiq fərmanı əsasında Rabitə və İnformasiya 

Texnologiyaları Nazirliyinin yaradılması bu sahənin 

inkişafında mühüm hadisə oldu. 2006-cı il dekabrın 2-

də isə Azərbaycan Respublikasında 6 dekabr Rabitə 

və İnformasiya Texnologiyaları sahəsi İşçilərinin Peşə 

Bayramı Günü kimi qeyd olunması haqqında Prezi-

dent Sərəncamı imzalandı. Bu tarixi sərəcam Rabitə 

və  İnformasiya Texnologiyaları sahəsində çalışan 

işçilərin  əməyinə verilmiş  ən yüksək qiymətdir. Bu 

gün, informasiya-kommunikasiya texnologiyaları 

sektoru potensial imkanlarına görə Azərbaycanda 

energetika sektorundan sonra ikinci sahədir. Azər-

baycan  İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirak-

çısına və  təşkilatçısına çevrilib. Son illər Bakıda 

Trans-Avropa-Asiya layihəsinin icrası üzrə rabitə 

nazirlərinin görüşləri keçirilib, beynəlxalq telekom-

munikasiya sərgiləri təşkil edilib. Hər il paytaxtımızda 

keçirilən Bakutel beynəlxalq sərgisi isə ölkəmizin 

müasir rabitə dövləti kimi artan nüfuzundan xəbər 

verir. 


Hazırda Azərbaycan 

Respublikasında rabitə  və 

informasiya texnologiyala-

rının inkişafı üzrə 2005-

2008-ci illər üçün Dövlət 

Proqramı – Elektron Azər-

baycan Proqramı uğurla hə-

yata keçirilir. Uğurla real-

laşdırılan layihələrdən biri 

də Azərbaycanın süni pey-

kinin yaradılması istiqa-

mətində atılan addımlardır. 

Bununla  əlaqədar artıq 

Beynəlxalq Telekommu-

nikasiya  İttifaqı ilə lisen-

ziyanın alınmasında  əsas 

məsələlər razılaşdırılıb. Bu 

isə ölkəmizin gələcəkdə 

kosmik sənayeyə malik öl-

kəyə çevrilməsinə  şərait 

yaradacaq. 

 

Ədəbiyyat 

Rabitə haqqında  Azərbaycan Respublikasının Qanunu /red. heyəti: Ə.Babayev, 

T.Kuzmina, K.Şükürov.- Bakı, 1997.- S.3. (Biznesmenin Bülleteni) 

Telefon rabitəsi //Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.- Bakı, 2007.-  

S.473. 


Sadıqov, Ə. Rabitə sistemi dinamik inkişaf edir 6 dekabr Rabitə və İnformasiya 

Texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür /Ə.Sadıqov //Respublika.- 

2008.- 6 dekabr.- S.2. 

İnternetdə 

www.az.wikipedia.org 

www.aztv.az 

www.itv.az 



Nailə Alışova  

329 

 

Mərziyə Yusif qızı Davudova 

1901-ci il dekabr ayının 8-də 

Həştərxanda doğulmuşdur. Milliy-

yətcə tatar olan aktrisanın anası 

Qaşqa-Camal elmə, sənətə, ədəbiy-

yata meyilli idi. Kiçik Mərziyə 

1908-ci ildə kəndlərindəki dördillik 

“Darültəhsil” tatar məktəbində 

oxumuşdur. 

İlk dəfə teatr tamaşasına on dörd yaşında, Alek-

sandr Dümanın “Kameliyalı qadın” əsərinə baxmışdır. 

“İqbal” rus-tatar məktəbində oxuyarkən həvəskarların 

hazırladıqları tamaşalarda oynamışdır. 

Ərini erkən itirən Qaşqa-Camal xanım 1915-ci ildə 

yenidən ailə qurmuşdur. Evdə tək qalan Mərziyə get-

gedə teatra böyük maraq göstərmişdir. 

1918-ci ildə Hüseyn Ərəblinski növbəti dəfə 

Hacıtərxana qastrola gəlmiş və həvəskarların hazırla-

dıqları tamaşalara da baxmışdır. Mərziyə Davudova-

nın oyunu onun çox xoşuna gəlmiş  və ona Bakıya 

gəlməyi tövsiyə etmişdi. 1919-cu ildə anasını da itirən 

Mərziyə Davudova Bakıya gəlmişdi. Həmin dövrdə 

Hüseyn  Ərəblinski artıq həyatda yox idi. Aktrisa 

arada çox qısa müddət Tiflis Azərbaycan Dram 

Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrü-

nün sonunadək Milli teatrın aparıcı sənətçilərindən ol-

muşdur. 


Cəfər Cabbarlının “Aydın” (Gültəkin), “Oqtay Elo-

ğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Gülüş 

və Sevil), “Solğun çiçəklər” (Gülnisə), “Dönüş” (Gül-

sabah və Turac), “1905-ci 

ildə” (Nabat və Sona), 

“Trablis müharibəsi” (Şəm-

sa)  əsərlərinin tamaşala-

rında  əsas rollarda uzun il-

lər səhnəyə  çıxmış aktri-

sanın çoxsaylı rollarını bir 

neçə bölgüdə təqdim etmək 

onun zəngin irsini daha ba-

riz şəkildə göstərir. 

Azərbaycan klassik dra-

maturqlarının: Hüseyn Ca-

vidin yazdığı  “Şeyx Sə-

nan”da  Əzra və Xumar 

(Tamara), “İblis”də Xavər, 

“Səyavuş”da Südabə, 

“Uçurum”da Anjela, “To-

pal Teymur”da Almaz, 

“Knyaz”da Jasmen və s. 

pyeslərində oynamışdır. 

Çağdaş milli dramaturq-

lardan  İsmayıl Rüstəmbə-

yovun “Dövləti-bisəmər” 

(Nisə), Mirzə  İbrahimovun 

“Həyat” (Həyat), Süleyman 

Rüstəmin “Qaçaq Nəbi” 

(Həcər), Hüseyn Mehdinin 

“Nizami” (Məhsəti), Rəsul 

Rzanın “Vəfa” (Ülkər), 

Ənvər Məmmədxanlının 

 

Dekabr  



 

110 illiyi 



 

 

Mərziyə Davudova  

        1901-1962  

 

 

 



 

 

Aktrisa 





330 

“Şərqin səhəri” (Gülzar) və s. əsərlərdə oynamışdır. 

Avropa və rus klassiklərindən Vilyam Şekspirin 

“Hamlet” (Gertruda-Göhərşad), “Otello” (Dezdemo-

na), “Maqbet” (Ledi Maqbet), “Kral Lir” (Qonerilya), 

Fridrix Şillerin “Qaçaqlar” (Amaliya), “Məkr və mə-

həbbət” (Luiza), Aleksandr Şirvanzadənin “Namus” 

(Sənəm və Susanna), Aleksandr Afinogenevin “Qo-

xu” (Klara), Valentin Katayevin “Çiçəklər yolu” 

(Lautskaya), Vano Mçedaşvilinin “Qaçaq Kərəm” 

(Seyrab) və s. dramlarının tamaşalarında əsas rollarda 

çıxış etmişdir. 

Mərziyə Davudova daxili ehtirası, güclü səhnə 

temperamenti, monumental janrın tələblərinə cavab 

verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə 

aktrisası idi. Təbiətcə xeyirxah olması  səhnədə yol-

daşlarına münasibətdə, xüsusən gənc aktyorlarla 

işində nəzərə çarpırdı. 

Romantik sevgi rollarında oyunu öz poetikliyi, 

həzin lirizmi, poetik təravəti, səhnə  hərəkətləri zərif-

liyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı. 

Aktrisa “Koroğlu”, “Hacı Qara”, “Bir məhəlləli iki 

oğlan”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bakının işıqları” 

bədii filmlərinə  çəkilmişdir. O, 1956-1962-ci illərdə 

Azərbaycan Teatr Xadimləri  İttifaqının sədri iş-

ləmişdir. Bir neçə çağırış Azərbaycan SSR Ali Sove-

tinin deputatı olmuşdur. 

Qüdrətli sənətkar qırx 

iki il milli səhnəmizə  ləya-

qətlə xidmət göstərmiş, 

milli teatr tariximizə  ölməz 

obrazlar silsiləsi bəxş et-

mişdir.  

Onun yaradıcılığı yük-

sək qiymətləndirilərək 25 

aprel 1933-cü ildə Azər-

baycan Respublikasının 

Əməkdar artisti, 4 aprel 

1936-cı ildə  Xalq artisti və 

22 iyul 1949-cu ildə  SSRİ 

Xalq artisti fəxri adları ilə 

təltif edilmişdir. 2 Qırmızı 

Əmək Bayrağı ordeni və 

“Şərəf nişanı” ordeni, həm-

çinin medallarla təltif edil-

mişdir. Mingəçevir Dram 

Teatrı aktrisanın adını da-

şıyır. 


Mərziyə Davudova 5 

yanvar 1962-ci ildə  vəfat 

etmişdir. 

 

Ədəbiyyat 

 

Şərif, A. Mərziyə Davudova /A.Şərif //XX əsr Azərbaycanın yaradıcı  nəsilləri.- 

Bakı, 2007.- S.18-19. 

Rəhimli, İ. Mərziyə Davudova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.288-292. 

Vəliyev, Y. Abbas Mirzə  Şərifzadənin yadigarı: [Mərziyə Davudova-80] 

/Y.Vəliyev //Mədəni-Maarif.- 2004.-  № 2/3.- S.8-9. 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

                                                                                                Səmayə Quliyeva 



331 

 

                       



      Aqil Əlirza oğlu Əliyev  1926-

ci il dekabr ayının 10-da Naxçıvan 

şəhərində anadan olmuşdur. Aqil 

müəllimin formalaşmasında ailə-

sinin, onun atası  Əlirza bəy ilə 

anası İzzət xanımın böyük zəhməti 

olmuşdur. Bu ailə Aqil müəllimi 

zəhmətə,  əməyə, insanlara sonsuz 

məhəbbət ruhunda tərbiyə etmişdir. 

    O,  1946-1951-ci  illərdə Azərbaycan Dövlət Uni-

versitetinin Tarix fakültəsində  təhsil almışdır.  Əmək 

fəaliyyətinə 1951-ci ildə Azərbaycan Milli Elmlər 

Akademiyasının Tarix İnstitutunda elmi işçi kimi 

başlayan Aqil Əliyev sonralar Azərbaycan Politexnik 

İnstitutunda çalışmışdır. 1953-cü ildən taleyini 

Azərbaycan Tibb Universiteti ilə bağlayaraq burada 

müxtəlif vəzifələr tutmuşdur. O, 1973-cü ildən öm-

rünün sonunadək Tibb Universitetinin İqtisadiyyat və 

Hüququn Əsasları kafedrasının müdiri işləmişdir. 

   Aqil  Əliyev 1970-ci ildə namizədlik, 1984-cü ildə 

isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Aqil 

Əliyev iqtisad elminə qiymətli töhvələr verən alim  

olmuşdur. Onun elmi fəaliyyətində Azərbaycanın 

sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin 

həyat səviyyəsinin yüksəldilməsinin aktual prob-

lemlərinin araşdırılması mühüm yer tutmuşdur. 

    Aqil  Əliyev Azərbaycanda elmi-texniki inkişafın 

kompleks proqramının işlənib hazırlanmasında ya-

xından iştirak etmişdir. 

Əhalinin sağlamlığının qo-

runması ilə bağlı iqtisadi 

problemlərin təhlili üzə-

rində ardıcıl çalışmış, res-

publikada məhsuldar qüv-

vələrin inkişaf sxeminin 

hazırlanmasının müəlliflə-

rindən olmuşdur. 

   Aqil Əliyev bir neçə ixti-

saslaşdırılmış elmi və mü-

dafiə  şüralarının üzvü idi. 

O, elmi kadrların hazırlan-

masında fəal iştirak etmiş-

dir. Məhz bu xidmətlərinə 

görə Aqil Əliyev 1981-ci 

ildə “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüş, 

“Şöhrət” ordeni, “Qırmızı 

əmək bayrağı” ordeni və bir 

neçə medalla təltif edilmiş-

dir. 


  Aqil  Əliyev iqtisadçıların 

bir sıra beynəlxalq konfrans 

və simpoziumlardakı  çı-

xışları ilə Azərbaycan elmi-

ni yüksək səviyyədə  təmsil 

etmişdir. O, respublikanın 

 

Dekabr  


 

85 illiyi 

Aqil  Əliyev  

1926-2006 

 

 

 



 

 

İqtisadçı 



10 

332 

elmi həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə 

məşğul olmuşdur. 

   Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 

Əməkdar elm xadimi, professor Əliyev Aqil Əlirza 

oğlu 2006-cı il martın 8-də 

Bakı şəhərində vəfat etmiş-

dir. Fəxri Xiyabanda dəfn 

olunmuşdur. 

 

Ədəbiyyat 

 

Aqil Əlirza oğlu Əliyev: 1926-2006 /Nekroloq //Elm.- 2006.- 18 mart.- S.2. 



Görkəmli alim və pedaqoq Aqil Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir 

keçirilmişdir //Azərbaycan.- 2006.-15 dekabr.-S.2. 

Əlirzayev,  Ə. Sosial sferanın iqtisadi və metodoloji əsasları haqqında:  İqtisad 

elmləri doktoru Aqil Əliyev və Azad Quliyevin çapdan çıxmış “Sosial sferanın 

iqtisadi və metodoloji əsasları kitabı haqqında /Ə.Əlirzayev //Azərbaycan.-2005.-   

10 iyul.-S.5. 

Qasımov, N. Yubiley nəşrləri: Aqil Əliyev-80 [A.Əliyeva həsr edilmiş 

biblioqrafik göstərici haqqında] /N.Qasımov,  İ.Səfərov //Respublika.-2006.-1 mart.-

S.7. 

Şəkərəliyev, A. Qəlblərdə  əbədi yaşayacaq böyük insan və alim: İqtisad elmləri 



doktoru Aqil Əlirza oğlu  Əliyev haqqında /A.Şəkərəliyev //Xalq qəzeti.-2007.-         

4 mart.-S.4. 

 

Samirə Eminova 

 

 



333 

 

   Abdulla  Novruz  oğlu Qurbani 

1956-cı il dekabr ayının 13-də 

Naxçıvan Muxtar Respublika-

sının  Şərur rayonunun Mahmud-

kənd kəndində anadan olmuşdur. 

İbtidai təhsilini burada almış, 

sonra Culfa rayonunun Əbqə-

dunus kənd internat məktəbini 

bitirmişdir.  Əmək fəaliyyətinə 

Mədəniyyət Nazirliyinin nəzdində olan Mədəniyyət 

İşçilərinin Respublika Hazırlıq və  İxtisasartırma 

Kursunda başlamış, 1975-1977-ci illərdə burada bədii 

rəhbər vəzifəsində çalışmışdır.  

1977-1978-ci illərdə Bakıda Aşıq  Ələsgər adına 

Xalq Yaradıcılıq evində kütləvi tamaşalar üzrə 

metodist işləmişdir. 1978-1983-cü illərdə M.Əliyev 

adına Azərbaycan Dövlət  İncəsənət  İnstitutunun 

(indiki ADMİU) Teatrşünaslıq fakültəsində  təhsil 

almışdır. 1983-1989-cu illərdə Naxçıvan MR Şərur 

rayonunda Tarix Diyarşünaslıq Muzeyində direktor, 

1989-1993-cü illərdə  Mədəniyyətşünaslıq  şöbəsinin 

müdiri olmuşdur. Ermənistan daşnak qoşunlarının  

 

ölkəmizə  təcavüzü dövrün-



də könüllü olaraq Milli 

Ordu sıralarında  əldə silah 

Murov dağı döyüşlərində 

iştirak etmişdir. Hazırda 

Azərbaycan Respublikası 

Müdafiə Nazirliyində zabit 

kimi çalışır. 

Bədii yaradıcılığa kiçik 

yaşlarından başlamışdır. İlk 

qələm təcrübələri rayon qə-

zetlərində dərc olunmuşdur. 

Sonralar dövri mətbuatda 

şeir, hekayə  və publisistik 

məqalələrlə müntəzəm çıxış 

etmişdir. 50-dən artıq 

şeirinə mahnı  bəstələnmiş-

dir. “Daşaltı” pyesi Bakı 

Bələdiyyə teatrında tamaşa-

ya qoyulmuşdur. 

 

 

Ədəbiyyat 

Daş andı /A.Qurbani.- Bakı: Dünya, 1999.- 148 s. 

Mətinlik məktəbi /A.Qurbani.- Bakı: Dünya, 1996.- 256 s. 

Ölmək istəyirəm /A.Qurbani.- Bakı: Dünya, 1999.- 128 s. 

Ömrün karvanı /A.Qurbani.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2000.- 124 s. 

Bəybala Ələsgərov 

 

Dekabr  



 

55 illiyi 

 

Abdulla Qurbani  



1956 

 

 



 

 

 



Publisist 

13 


334 

 

 Ramiz  Məmmədəli oğlu  Əliyev 



(Ramiz Rövşən) 1946-cı il dekabr 

ayının 15-də Bakının  Əmircan kən-

dində anadan olmuşdur. Orta təhsilini 

Suraxanı rayonundakı 208 saylı şəhər 

orta məktəbində almışdır. 1964-1969-

cu illərdə Azərbaycan Dövlət Univer-

sitetinin (indiki BDU) Filologiya 

fakültəsində  təhsil almış, 1976-1978-ci illərdə 

Moskvada Ali Ssenari kurslarını bitirmişdir.  Şairin 

“Bir yağışlı nəğmə” adlı şeirlər kitabı 1970-ci ildə işıq 

üzü görmüşdür. 1971-ci ildə  Cəfər Cabbarlı adına 

“Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” sati-

rik kinojurnal studiyasında redaktor, 1974-1975-ci il-

lərdə kinostudiyanın ssenari emalatxanasında ssena-

rist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin 

üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redak-

toru işləmişdir. “Göy üzü daş saxlamaz” (1987), 

“Kəpənək qanadları” (1999), “Gedək biz olmayan 

yerə” (2006) adlı kitabların müəllifidir. 1992-ci ildən 

Azərbaycan Tərcümə  Mərkəzinin baş redaktorudur. 

Tərcüməçi kimi şair Sergey Yeseninin “Qara adam” 

poemasını  və  şeirlərini, Aleksandr Blokun şeirlərini, 

Vladimir Mayakovskinin “Şalvarlı bulud” poemasın-

dan parça və başqa əsərləri tərcümə etmişdir.  

Ramiz Rövşən haqqında 1985-ci ildə “Üç çinar 

yarpağı”  (ssenari müəllifi Rüstəm  İbrahimbəyov, 

rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif 

Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə 

həsr olunub), 1987-ci ildə “Burax gedim, ay işığı” 

(rejissor Ramiz Həsənoğlu), 1993-cü ildə “Ağrı” 

(rejissor Ramiz Həsənoğlu) 

adlı televiziya verilişləri 

lentə alınmışdır. “Bağışla”, 

“Bu qatarın dalınca bax-

ma”, “Unudacaq” (Flora 

Kərimova), “Novruz gəlir, 

yaz gəlir” (Aygün Kazı-

mova), “Ayrılıq” (Azərin), 

“Yalquzaq” (Şəmistan  Əli-

zamanlı) adlı mahnıların 

mətnlərinin müəllifidir. 

“Divlərin mahnısı” (Əzablı 

yollar), “Yaraşmıram mən 

sənə” (İşarəni dənizdən 

gözləyin) “Şimşimə” (Gi-

rişmə, öldürər) “Yağış yu-

yur, gün qurudur” (Əlvida, 

cənub  şəhəri Mehriban Zə-

ki), “Dilin yansın, dil yiyə-

si” (Qala) adlı şeirləri film-

lərdə 

səsləndirilmişdir. 



“Babamızın babasının ba-

bası” (1981) tammetrajlı 

bədii film, “Şəhərli biçin-

çilər” (1986) tammetrajlı 

bədii film, “İşarəni dəniz-

dən gözləyin” (1986) tam-

metrajlı bədii film, “Süd di-

şinin ağrısı” (1987) tam-

metrajlı  bədii film, “Şə-

hidlərdən  şəhidlərə” (1990) 

 

Dekabr  


 

65 illiyi 

Ramiz Rövşə

1946 


 

 

 



Şair 

15 


335 

qısametrajlı  sənədli film, “Özgə vaxt” (1996) tam-

metrajlı  bədii film, “Məkanın melodiyası” (2004) 

tammetrajlı  bədii film, “Qala” (2008) tammetrajlı 

bədii filmlərinin ssenari müəllifi; “Bulud niyə 

ağlayır?” (1973) qısametrajlı cizgi filmi, “İşarəni 

dənizdən gözləyin” (1986), “Ac həriflər” (1993), 

“Küçələrə su səpmişəm” (2004);  “Pıspısa xanım və 

siçan bəy” (1974), “Lovğa fil balası” (1987) cizgi 

filmi, “Əzablı yollar” (1982) “Evlənmək istəyirəm” 

(1983), “Xüsusi vəziyyət” (1986), “Kişi sözü” (1987), 

“Araqarışdıran” (1987), “Gecə qatarında qətl” (1990), 

“Etimad telefonu” (2001), “Kamança” (1993), “Hacı 

Qara” (2002) tammetrajlı  bədii filmlərində mahnı 

mətnlərinin müəllifidir. 

 Şeir və hekayələri keç-

miş SSRİ-nin bir çox dil-

lərinə  tərcümə edilmiş, 

ABŞ-da, Almaniyada, 

Fransada, Polşada, Bolqa-

rıstanda, Türkiyədə,  İranda 

çap olunmuşdur. Ramiz 

Rövşən 1981-ci ildən Azər-

baycan Yazıçılar Birliyi 

idarə heyətinin və Azərbay-

can Mətbuat  Şurasının üz-

vüdür. 

 

Ədəbiyyat 

 

Nefes - kitablar kitabı: şiir-nesr-esse /R.Rövşən.-Ankara: Bengü, 2008.- 226 s. 



Nəfəs - kitablar kitabı: şeir, nəsr, esse /R.Rövşən.-Bakı: Qanun, 2006.-760 s. 

Sevgi məktubu kimi: şeirlər /R.Rövşən.-Bakı: Mütərcim, 2009.-52 s. 

Yağışlı nəğmə: şeirlər/R.Rövşən.-Tehran: Əndişeye No, 2009.- 312 s. 

 

Mürvətqızı, S. Səmimiyyətlə paylaşılan işıq və ya “yenə bu şəhərdə üz-üzə 



gəldik...” /S.Mürvətqızı //525-ci qəzet .-2009.- 13 yanvar. - S.7. 

 

İnternetdə 

www.adyazar.az                                                                 

www.az.wikipedia.org 

  Adilə Abdullayeva 



336 

 

Salatın Əziz qızı Əsgərova 



1961-ci il dekabr ayının 16-da 

Bakıda ziyalı ailəsində doğul-

muşdur.  

  1979-cu  ildə M.Müşviq 

adına 18 saylı orta məktəbi əla 

qiymətlərlə başa vurmuşdur. Salatın elə  həmin il 

Azərbaycan  Neft və Kimya İnstitutuna daxil olmuş-

dur. Mühəndis diplomu olsa da, ədəbiyyata olan 

həvəsi onu jurnalistika aləminə yönəltmişdir. O, 

əvvəlcə  qələmini  ştatdankənar müxbir kimi sına-

mışdır. Sonra “Bakı” və “Молодежь Азербайджана” 

qəzetlərində müxtəlif mövzularda çıxışlar etməyə 

başlamışdır. Onun toxunduğu məsələlər həyatımızın 

ən vacib problemləri ilə bağlı olmuşdu. Qarabağ 

dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının 

başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə 

xəttinə getmiş, qaynar nöqtələrdən operativ mate-

riallar hazırlamışdır. Ailəsi, iş yoldaşları ondan bərk 

nigaran qalırdı. Dəfələrlə onun döyüş bölgəsinə 

getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə 

nail ola bilmirdilər. 

Salatın bir rus zabitinin maşınına əyləşərək erməni 

kəndlərinin birinə yollanmışdı. O, kənd dükanının 

yanında adamlarla söhbət etmiş, onları təhrikə uyma-

mağa, barışığa çağırmışdı. Az  qalır ki, bu sözlərə 

görə azğınlaşmış erməni yaraqlıları onu güllələsinlər. 

Rus zabiti Salatını güclə aradan çıxarmışdı. Lakin 

aldığı yaralardan onun özü həlak olmuşdu.  

  1991-ci  il  yanvarın 9-

da o, Laçından  Şuşaya gə-

lirdi, yolun 6-cı kilometrin-

də, Qaladərəsi kəndi yaxın-

lığında erməni quldurları 

maşını yaxın məsafədən 

atəşə tutmuşlar. Tanınmış 

jurnalist, “Молодежь Азер-

байджана” qəzetinin əmək-

daşı Salatın  Əsgərova vəh-

şicəsinə qətlə yetirilmişdir. 

Ailəli idi. Bir oğlu yadi-

gar qalıb. 

Azərbaycan Respublika-

sı Prezidentinin 6 noyabr 

1992-ci il tarixli 294 saylı  

Fərmanı ilə Əsgərova Sala-

tın  Əziz qızına ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

Bakı  şəhərinin  Şəhidlər 



Xiyabanında dəfn edilmış-

di. 


Bakı şəhərində adına kü-

çə var. Bakı buxtasındakı 

gəzinti kateri onun adını 

daşıyır. “Təfəkkür” Univer-

sitetində büstü qoyulmuş-

dur. Yaşadığı binaya barel-

 

Dekabr  


 

50 illiyi 

Salatın Əsgərova  

1961-1991 

 

 

 



 

 

Milli 



Qəhrəman 

16 


337 

yefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd   “Salatınkənd” adlanır. 

 

Ədəbiyyat 

 

S.Ə.Əsgərovaya, A.M.Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı 

verilməsi haqqında: [Əsgərova Salatın  Əziz qızı - «Молодежь  Азербайджана» 

qəzetinin müxbiri - Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və 

dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə 

yetirərkən göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 6 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-

1992.- № 21.-S.27. (Ölümündən sonra). 

 

Əsgərov, V. Əsgərova Salatın  Əziz qızı /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.70. 

    Əsgərova Salatın  Əziz qızı //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.71. 

Əsgərova, Z.  “Salatın evə güllər gətirdi” /Z.Əsgərova //Şərq.-2007.- 8 mart.-S.3.         

                  

         Saqibə Mehrəliyeva

 


338 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin