Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli
suallar verir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər
qurur.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
1.2.3.Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini
(pauza, jest, mimika) uzlaşdırır.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
Dostları ilə paylaş: