3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və
formalı (inşa, esse, hekayə) mətnlər yazır.
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsas-
landırır.
3.1.3.
Mətnin hissələri, abzaslar və cümlələr arasında
əlaqəni gözləməklə özünün
və başqasının yazısını təkmilləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.
4.1.2. Sözlərin və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış
qaydalarına əməl edir.
X sinif
X sinfin sonunda şagird:
dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə
fərqləndirir;
müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır;
mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir;
mətni ədəbi dil normalarına uyğun oxuyur;
mətni tezislər və xülasə şəklində ifadə edir;
müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır;
müxtəlif əməli yazılar (rəy, məruzə) yazır;
sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir;
mətnin tərtibat formasını nəzərə almaqla durğu
işarəsi və orfoqrafiya
qaydalarına əməl edir.
Dostları ilə paylaş: