1.6 Fəndaxili və fənlərarası inteqrasiya
Məlumdur ki, insan sosial bir varlıq kimi onu əhatə edən cəmiyyət və
təbiətin mühüm tərkib hissəsidir. Onun bir şəxsiyyət kimi formalaşması
cəmiyyətdə və təbiətdə baş verən dəyişiklik fonunda özünü dərindən dərk etməsi
ilə bağlıdır. Odur ki, təhsilin yetişməkdə olan gənc nəsli şüurlu surətdə müstəqil və
yaradıcı həyata hazırlamaq funksiyası həmişə aktual olmuş və bu əlaqənin hansı
prinsiplər əsasında qurulmasından asılı olaraq, onun (təhsilin) məqsədi, məzmunu
və təşkili formaları müəyyənləşdirilmişdir. Bu baxımdan «Azərbaycan
Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədində
istinad edilən tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük və s.
prinsipləri ilə yanaşı, inteqrativlik prinsipi xüsusi qeyd olunmalıdır. Geniş mənada
təhsilin müxtəlif: ibtidai, əsas və orta pillələrində tədris edilən fənlərin
müəyyənləşdirilməsində başlıca prinsip kimi götürülən inteqrativlik, eyni
zamanda, konkret fənlərin, o cümlədən Azərbaycan dili fənninin də məzmununun
və təşkili formalarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Fəndaxili
(şaquli) və fənlərarası (üfüqi) əlaqə şəklində təsnif edilən inteqrasiya Azərbaycan
dili ilə bağlı bilik və bacarıqları özündə ehtiva edən məzmun standartlarının
hazırlanmasında aşağıdakı variantlarda ifadəsini tapmışdır:
1) Təhsilin hər üç pilləsi üzrə ümumi nəticələrin inteqrasiyası.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq olunması
bütün normativlər sənədlər kimi Milli Kurikulumun da yeniləşməsini tələb edirdi.
Bu baxımdan Milli Kurikulum sənədində Azərbaycan dili fənninin təhsil
səviyyələri üzrə ümumi nəticələri yenidən işlənərək təkmilləşmə işləri aparılmış və
“Ümumi təhsilin dövlət standartı və proqramları” sənədində aşağıdakı kimi
müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: