Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə25/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   21   22   23   24   25   26   27   28   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
XI sinif 
XI sinfin sonunda şagird:

dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir; 

fikrini müxtəlif üslublarda ifadə edir və əsaslandırılmış təqdimatlar 
hazırlayır; 

söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri 
düzgün oxuyur; 

mətnin məzmununa əlavələr etməklə genişləndirir; 



fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan müxtəlif üslublu mətnlər 
yazır, təkmilləşdirir; 

müxtəlif əməli yazılar (referat, təqdimat) yazır; 

sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə 
istifadə edir; 

yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir. 
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatları təhlil edir. 
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir. 
 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir. 
1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.
1.2.3. Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur. 
1.2.4. Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.
 
2. Oxu 
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir. 
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə 
müqayisə edir, qiymətləndirir. 
 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur. 


2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir. 
2.2.3. Mətni məzmunununa əlavələr etməklə genişləndirir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin