türkdilli dövlətləri ilə əlaqələrini şərtləndirən amillər» adlanan 2-ci
yarımfəslində vurğulanır ki, din, dil, irq kimi amillərlə yanaşı ortaq
mədəniyyətin birləşdirici bir ünsür olduğu türk dünyası ilə əlaqələrin
inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin
prioritetlərindəndir. Məlum olduğu kimi, müstəqilliyin əldə
olunmasından sonra türkdilli dövlətlərin yerləşdiyi geosiyasi mövqe
ABŞ başda olmaqla Rusiya və Qərb ölkələrinin diqqət mərkəzində
olmuşdur. Yaranmış yeni beynəlxalq şəraitdə Azərbaycan
Respublikası qarşılıqlı faydalı əməkdaşlıq kontekstində türkdilli
dövlətlərlə bütün sahələrdə əlaqələri genişləndirməyə başlamış,
xüsusilə Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya
bazarlarına çıxarılması məqsədi ilə həmin ölkələrin sərvətlərinin öz
ərazisindən daşınmasına şərait yaratmışdır. Belə ki, 2007-ci il iyunun
16-da BTC layihəsinə Qazaxıstan Respublikası da qoşulmuş,
Qazaxıstan və Azərbaycan Prezidentləri Qazaxıstan neftinin Bakı-Tbilisi-
Ceyhan vasitəsilə dünya bazarlarına çıxmasına dəstək və yardım barədə
saziş imzalamışlardır. Həmin il Bakı-Tbilisi-Qars dəmiryolunun inşası isə
Azərbaycanın kommunikasiya siyasətinin ən böyük uğurlarından biri
olmuşdur. 30 oktyabr 2017-ci ildə istismara verilmiş bu dəmiryolu ilə
sərnişin daşınması da reallaşacaqdır. Bu layihə sayəsində Şərq ilə Qərbin
qovuşuğunda yerləşən Azərbaycan Çinin Kəmər və Yol Təşəbbüsünün
mərkəzi ölkələrindən biri olmuşdur. 2015-ci ilin dekabrında Prezident
İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi
Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan
Respublikası Höküməti ilə Çin Xalq Respublikası Höküməti arasında
qarşılıqlı anlaşma memorandumu imzalanmışdır ki, bu kəmər global
14
miqyasda ticarəti, turizmi təşviq etməklə yanaşı, region ölkələri
arasındaki əlaqələrin inkişaf etməsini də təmin edəcəkdir
20
.
Birinci fəslin «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
Dostları ilə paylaş: |