Azərbaycan respublikasi əlyazması hüququnda


türkdilli  dövlətləri  ilə  beynəlxalq  təşkilatlar  çərçivəsində



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   11   12   13   14   15   16   17   18   19
AVTOREFERAT

türkdilli  dövlətləri  ilə  beynəlxalq  təşkilatlar  çərçivəsində 

                                                           

26

Türkmenistan  ile  Azerbaycan  20’den  fazla  anlaşma  imzaladı:  [Elektron  resurs]  –



November 22, - 2018. URL:  http://turkicmedia.com/article/turkmenistan-ile-azerbaycan-

20den-fazla-anlashma-imzaladi 

27

 Qasımlı, M. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003): [2 cilddə] / 



M.Qasımlı. - Bakı: Mütərcim, - c. 2. – 2015. – s. 351-352. 


18 

 

əməkdaşlığı»  adlanan  2-ci  yarımfəslində  Azərbaycan  Respublikasının 

Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə regional və beynəlxalq təşkilatlar 

çərçivəsində əməkdaşlığı araşdırılır. Burada qeyd edilir ki, müstəqillikdən 

sоnrа  pоstsоvеt  məkanının  türkdilli  rеspublikаlаrı  iqtisаdi,  siyasi  və 

ictimаi  sahələrdə  охşаr  prоblеmlərlə  qarşılaşmışlardır.  Ona  görə  də  ilk 

vахtlаr Аzərbаycаn Rеspublikаsının Mərkəzi Аsiyаnın türkdilli dövlətləri 

ilə  əlаqələri  əsаsən  bеynəlхаlq  və  rеgiоnаl  təşkilаtlаr  çərçivəsində 

kеçirilən tədbirlərdə birgə iştirаk еtməkdən ibarət olmuşdur. 

Bu  yarımfəsildə  türkdilli  dövlətlərin  üzv  olduğu  Türkdilli 

Dövlətlərin  Əməkdaşlıq  Şurası  (TDƏŞ)  və  Türkdilli  Ölkələrin 

Parlament  Assambleyası  (TürkPa)  çərçivəsindəki  əməkdaşlığın 

əhəmiyyəti  araşdırılır  və  qeyd  edilir  ki,  bu  qurumlar  müstəqil  türk 

respublikaları  arasında  münasibətlərin  genişləndirilməsi  və  inkişaf 

etdirilməsində  böyük  rol  oynamaqdadırlar.  Belə  ki,  2009-cu  ilin 

oktyabr  ayında  türkdilli  ölkələrin  dövlət  başçılarının  Naxçıvanda 

keçirilmiş  IX  Zirvə  görüşü  türk  dövlətlərinin  birliyi  istiqamətində 

mühüm  addım  olmuşdur.  Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan  və 

Türkiyə  dövlət  başçıları  tərəfindən  imzalanmış  Naxçıvan  Sazişi  ilə 

hökümətlərarası  təşkilat olan Türkdilli Ölkələrin  Əməkdaşlıq Şurası 

(Türk Şurası/ TDƏŞ) qurulmuşdu. Məhz bu tarixdən etibarən də üzv 

ölkələrin dövlət başçıları tərəfindən hər il Zirvə Görüşü keçirilməyə 

başlanmışdır.  Yarımfəsildə  xüsusilə  2018  və  2019-cu  ildə  keçirilən 

TDƏŞ görüşləri haqda gəniş təhlillər aparılmışdır. Elə ki, 3-6 sentyabr 

2018-ci il tarixində Qırğızıstanda keçirilən Zirvə görüşünə Özbəkistanın 

“fəxri  qonaq”  olaraq  qatılması  türkdilli  dövlətlərin  bütövlüyünün 

təmin edilməsi məsələsində əhəmiyyətli bir hadisə olmuşdur. TDƏŞ-

in  2019-cu  il  oktyabrın  15-də  Bakıda  keçirilən  Zirvə  görüşündə 

Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qeyd edək ki, 10 aprel 

2020-ci  il  tarixində  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin  təşəbbüsü  və  sədrliyi  ilə  COVİD-19  pandemiyası  ilə 

mübarizəyə  həsr  olunmuş  TDƏŞ-in  fövqəladə  Zirvə  görüşü 

videokonfrans formatında keçirilmişdir.  

Həmçinin  bu  yarımfəsildə  Türkdilli  Ölkələrin  Parlament 

Assambleyası  (TürkPA)  çərçivəsində  türkdilli  dövlətlər  arasındaki 

əlaqələr  araşdırılır  və  qeyd  edilir  ki,  türkdilli  dövlətlər  arasında 

əməkdaşlığın qanuni çərçivəsini, 2008-ci ilin oktyabrın 21-də Türkiyə, 



19 

 

Azərbaycan,  Qazaxıstan  və  Qırğızıstan  arasında  yaradılan  TürkPA 



formalaşdırır.  TürkPA-nın  keçirdiyi  Plenar  iclasların  yekununda 

qəbul  edilən  bəyannamələrdə  Ermənistan-Azərbaycan,Dağlıq 

Qarabağ münaqişəsi ilə bağlı da bəyanatlar verilir.  TürkPA-nın 9-cu 

Plenar İclası 2019-cu il 18 dekabrda Azərbaycan Respublikası Milli 

Məclisinin ev sahibliyi ilə Bakıda keçirilmişdir. Görüşün əsas mövzusu 

"Türk  Dünyasında  Parlament  Diplomatiyası:  Barış  və  Təhlükəsizlik 

üçün  Regional  Əməkdaşlıqın  Gücləndirilməsi”  idi.  Görüş  zamanı 

Qadın Parlament Qrupu və Gənc Parlament Qrupunun yaradılmasına 

qərar  verilmiş  və  Baş  Assambleyanın  sonunda  Bakı  Bəyannaməsi 

qəbul edilmişdir

28



Dissertasiyanın  III  fəsli  «İqtisadi  və  humanitar-mədəni 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin