Özsoy, B. Hazar denizi meselesi bağlamında türk cumhuriyetleri arasındaki siyasi
Özsoy, B. Xəzərin statusu probleminin həlli və Transxəzər Qaz kəməri layihəsi //
21
iştirak edir. Bu isə, eyni zamanda türkdilli dövlətlər arasında mədəni
əlaqələrin gənişlənməsində mühüm əhəmiyyətə malikdir.
Türkdilli dövlətlər arasındaki mədəni əlaqələrin inkişafında
TÜRKSOY, Türk Akademiyası, Türk Dünyası Yazıçıları Qurultayı,
Türk Mədəniyyəti və İrs Fondu kimi qurumların böyük əhəmiyyəti var.
Türk mədəniyyətini, tarixini, dilini, sənətini, ənənə və adətlərini
araşdırmaq, ortaya çıxarmaq, inkişaf etdirmək, qorumaq və gələcək
nəsillərə ötürmək üçün 1993-ci ildə Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin Mədəniyyət
nazirləri tərəfindən TÜRKSOY-un qurulması türk dünyası daxilində
inteqrasiyada mühüm bir mərhələ olmuşdur. Türk dünyasının
UNESCO-su olaraq qəbul edilən təşkilat, Novruz, Sabantoy, Manas,
Abay, Mahdumkulu, Tukay kimi ortaq mədəniyyət ünsürlərini
dünyaya tanıtır. 2010-cu ildə İstanbulda keçirilmiş türkdilli ölkə
başçılarının X sammitində TÜRKSOY-a üzv ölkələrin şəhərlərindən
hər il birinin illik olaraq türk dünyasının mədəniyyət paytaxtı elan
edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin TÜRKSOY
həyata keçirdiyi tədbirlərlə türk dünyasında əhəmiyyətli bədii və ədəbi
şəxsiyyətləri beynəlxalq sahədə tanıtmağa çalışır. Belə ki, 2018-ci
ildə Qazaxıstanda keçirilmiş TÜRKSOY Daimi Şurasının 35-ci
iclasında 2018-ci il görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev,
Qazaxıstan şairi Maqcan Jumabayev və Qırğızıstan yazıçısı Çingiz
Aytmatov illəri elan edilmişdir. Həmin ilin dekabr ayının 18-də
Türkiyənin Kastamonu şəhərində keçirilmiş TÜRKSOY Daimi
Şurasının 36-cı iclasında isə 2019-cu il anadan olmasının 650-ci
ildönümü münasibətilə böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsimi ili və anadan olmasının 125-ci ildönümü
münasibətilə məşhur türk xalq sənətkarı və şairi Aşık Veysel ili elan
edilmişdir. TÜRKSOY-un Daimi Şurasının 37-ci iclası 2019-cu ildə
Qırğızıstanın Oş şəhərində keçirilmişdir. Həmin iclasda, 2020-ci ilin
anadan olmasının 175-ci ildönümü münasibətilə Qazax ziyalısı Abay
Kunanbayev ili elan edilməsi və bu çərçivədə müxtəlif tədbirlərin
təşkil edilməsi qərara alınmışdır.
Dostları ilə paylaş: