20
münasibətlərində əsas əməkdaşlıq sahələridir. Böyük neft və təbii
qaz əhtiyatlarına malik olan Azərbaycan, hazırda enerji sahəsində
beynəlxalq layihələr həyata keçirməyə davam etməkdədir ki, Cənub
Qaz Dəhlizi layihəsi bunun ən böyük numunəsidir
30
. Azərbaycanın
Xəzər dənizi sektorunda yerləşən Şahdəniz-2 sahəsindən çıxan qazın
Türkiyə üzərindən Avropaya daşınması üçün yaradılmış layihə,
Cənubi Qafqaz Təbii Qaz boru kəməri, Trans Anadolu təbii qaz boru
kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP)-ndən
ibarətdir. 12 iyun 2018-ci il tarixində açılış mərasimi keçirilən
TANAP-a təbii qaz ehtiyatına görə dünyada ilk sıralarda olan
Türkmənistanın da qoşulması gözlənilir ki, 2018-ci ilin avqustunda
Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunu müəyyən
edən yekun razılaşmanın imzalanması nəticəsində Türkmənistan
qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsi üçün imkan
yaradılmışdır
31
. Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə
İtaliyanın cənubuna qədər uzanacaq TAP boru kəməri isə 2020-ci ildə
istismara verilib. Həmin kəmər vasitəsilə ildə 10 mlrd. kubmetr qazın
Avropaya nəqli nəzərdə tutulur.
Fəslin «Azərbaycanın Mərkəzi Asiyanın türkdilli
Dostları ilə paylaş: