münaqişəsi ilə bağlı türkdilli dövlətlərin mövqeyi» adlanan 3-cü
yarımfəslində münaqişənin ilk mərhələsindən başlayaraq geniş məlumat
verilir və qeyd edilir ki, 1993-cü il iyunun 15-də Ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni
mərhələ başlamışdı
21
. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunması Ümummili lider Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin
xarici siyasətində prioritet istiqamət olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı regional və beynəlxalq təşkilatların qərarlarında, türkdilli dövlət
başçılarının bəyanatlarında münaqişənin beynəlxalq hüququn normaları
və prinsipləri əsasında və Azərbaycanın dövlət sərhədlərinin
tохunulmаzlığı,
ərazi
bütövlüyü
çərçivəsində
nizamlanması
dəstəklənmişdir. Bu prosesdə Özbəkistan münaqişənin nizamlanmasına
qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını birmənalı
olaraq bəyan etmişdir. Belə ki, Ermənistan Özbəkistanın MDB
məkanında diplomatik nümayəndəliyinin olmadığı yeganə ölkədir
22
.
Qazaxıstan, Qırğızıstan və Türkmənistan isə Ermənistanla diplomatik-
siyasi münasibətlərin qurulması ilə yanaşı, qarşılıqlı səfirlik
mübadiləsini də həyata keçirmişlərdir. Bununla belə, türkdilli dövlətlər
27 sentyabr 2020-ci il tarixində Ermənistanın
Azərbaycana qarşı
törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Qarabağda hərbi
20
Rakhimov, A. Khasanov, U., Umarov, A. The New Foreign Policy of
Uzbekistan: Central Asia, the EAEU and the BRI / A. Rakhimov, U. Khasanov, A.
Umarov. –Kent: GCRF Compass Policy Paper, - November 2020. – s. 4.
21
Abbasbeyli, A., Özsoy, B. An evaluation on economic development of
Azerbaijan and Kazakhstan after the independence // - Bakı AvrasiyaUniversiteti,
Sivilizasiya, -2019. 8(2), s. 24-31.
22
Rabbimov, K. “Tog‘li Qorabog‘ Mojarosi: O‘zbekiston Qaysi Tarafda?”,
SOF.UZ.
:
[Elektron
resurs]
–
Sentyabr
30,
2020.
URL:
https://sof.uz/uz/post/togli-qorabog-mojarosi-ozbekiston-qaysi-tarafda
15
əməliyyatların başlanması ilə bağlı narahat olduqlarını bildirmişlərdir
23
.
Həmçinin Türk Şurası tərəfindən sentyabrın 28-də Ermənistan-
Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı əsasında təcili həll olunmasının vacibliyini vurğulayan
bir bəyanat yayılmışdır
24
. Həmin bəyanat Türk Şurasına üzv dövlətlərin
Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu
göstərməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 19-da
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad
Amreyevi videoformatda qəbul edərkən, Türk Şurasının müharibə
dövründə Azərbaycanı hamıdan çox dəstəkləyən təşkilat olduğunu,
dəfələrlə bəyanatlarla çıxış etdiyini xüsusi vurğulamış, müharibə
dövründə və müharibədən sonrakı dəstəyə görə təşəkkürünü
bildirmişdir
25
.
Bu fəsildə həmçinin Qazaxıstan və Qırğızıstanın Dağlıq Qarabağ
münaqişəsinə dair mövqeyi Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTM)
üzvlüyü çərçivəsində təhlil edilmişdir. Məlum olduğu kimi, KTM 1992-
ci il mayın 15-də Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan
və Ermənistan Respublikaları tərəfindən yaradılmış, 2002-ci ilin
oktyabrından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)
çevrilmişdir. Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən Təşkilata üzv
ölkələrdən hər hansı birinə qarşı olan hücum bütün üzv ölkələrə qarşı
reallaşdırılmış hesab edilir. Bu da təşkilata üzv olan türkdilli dövlətlərin
müharibə vəziyyətində mövqeyinin nə olacağı sualını yaradırdı. Buna
baxmayaraq Azərbaycan diplomatiyasının çoxtərəfli fəaliyyətinin uğurlu
nəticəsi olaraq, Ermənistanın işğalından özünün tarixi torpaqlarını azad
23
Öztopal, M.K. Azerbaycan ile ilişkileri bağlamında Türkistan devletlerinin
Dağlık Karabağ konusundakitutum ve tepkileri // Giresun Üniversitesi İktisadi ve
İdari Bilimler Dergisi, -2021. 7(1), s. 216-232.
24
Türk Keneşi, Türk Konseyi Genel Sekreteri’nin Beyanatı, [Elektron resurs] -
Senyabr 28, 2020. URL: https://www.turkkon.org/tr/haberler/turk-konseyi-genel-
sekreterinin-beyanati_2075
25
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini
videoformatda qəbul edib, [Elektron resurs] - Yanvar 19, 2021. URL:
https://president.az/articles/50282
16
edən Azərbaycana bu ölkələrin mövqeləri Kollektiv Təhlükəsizlik
Müqaviləsinin şərtlərindən daha çox iqtisadi, geostrateji və Cənubi
Qafqaz maraqları çərçivəsində müəyyən olunurdu. Qeyd edək ki, İkinci
Qarabağ - Vətən müharibəsi dövründə Ermənistanın Baş naziri Nikol
Paşinyanın səylərinə baxmayaraq, Rusiya da daxil olmaqla Təşkilata üzv
dövlətlərdən heç biri Ermənistanın təcavüzkar siyasətini dəstəkləmədi.
Dissertasiyanın II fəsli « Azərbaycan Respublikasının Mərkəzi
Dostları ilə paylaş: |