«A-Qroup Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti – 2 65 500,00 (manatla)
«Çartis Azərbaycan» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 6 786 500,00
«Alfa» Sığorta Açıq Səhmdar Cəmiyyəti – 4 600 000,00 (manat)
«Paşa Həyat Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 7 000 000,00 (manat)
«Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 699 000,00 (manat)
«Atəşgah Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 300 000,00 (manat)
«AtaSığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 800. 000,00 (manat)
«Azal Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 8 137 500,00 (manat)
«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti – 4 500 000,00 (manat)
«Azərqarant Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 260 000,00 (manat)
«AzSığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 643 683,00 (manat)
«Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 800 000,00 (manat)
«Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 377 840, 00 (manat)
«Beynəlxalq Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyət – 8 800 000,00 (manat)
«Başak-İnam Sığorta» (Azərbaycan-Türkiyə) sığorta və təkrar sığorta Açıq Səhmdar Cəmiyyəti – 3 290 000, 00 (manat)
«MEQA Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 500 000,00 (manat)
«Qala Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 500 000,00 (manat)
«Qarant Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 000 000,00 (manat)
«Era Trans Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 870 000,00 (manat)
«Əmrah Sığorta» sığorta şirkəti – 3 500 661,00 (manat)
«Fidan Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 2 260 000,00 (manat)
«Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 2 650 542, 00 (manat)
«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 21 061 500,00 (manat)
«AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 5 730 000,00 (manat)
«PAŞA Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 30 000 000,00 (manat)
«Standard İnsurance» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 11 000 000,00 «Təmiz Sığorta Qrupu» Açıq Səhmdar Cəmiyyəti - 984 234,24 (manat)
[Mənbə: Dövlət Sığorta Nəzarəti Xidməti] Hal hazırda sığorta firmalarının çoxu kapital baxımından banklara bağlıdır. Belə firmalar öz büdcələrini bankların hesabına, daha ətraflı, avtokreditləşmə (kreditlə satılan avtomobillərin sığortalanması) hesabına tənzimləyirlər. Buna görə də banka girov qoyulan əmlak bankın xeyrinə sığortalanır. Kreditləşməyə biznes kimi yanaşan banklar hadisələr anında onun xarakterinə diqqət etmədən, bütün rıçaqlardan istifadə edərək sığorta şirkətlərinə təsir göstərməklə sığorta ödənişlərinin alınmasına nail olmağa çalışırlar. Bu isə sonuncuların inkişafına əngəldir. Əsasən banklar təsisçisi olduqları və ya təsisçiləri eyni olan sığorta firmalarını seçirlər (AİF xətti ilə ipoteka kreditlərinin alınması istisnalıq göstərir. Burada əmlak, fərdi qəza və xəstəlik sığortası üçün təyin edilmiş 16 sığorta şirkətindən biri seçilməlidir). [10, s.20]
Azərbaycanda aparılan islahatların, sürətləndirilmiş iqtisadi tərəqqinin dinamikası ilə sığorta bazarının tərəqqi səviyyəsi arasında uyğunsuzluq var. Sığorta sektorunun inkişaf üçün ölkədə yaxşı potensial olsa belə, hüquqi və institusional islahatlar güclü deyil. Bu sektorun inkişafı məqsədilə ilk növbədə qanunvericiliyin inkişafı önəmli hesab olunur. Cari ilin başlanğıcından başlayaraq Maliyyə Nazirliyi məcburi sığortanın çeşidlərinin tətbiqi istiqamətində qanunvericiliyin inkişafı təşəbbüsləri ilə çıxış edir. Bu ilin yanvar ayının 1-dən respublikada «İstehsalatda xoşagəlməz hadisələr və peşə xəstəlikləri sonucunda əmək qabiliyyətinin itirilməsi hallarından məcburı sığorta» haqqında və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunları qüvvəyə minib. Maliyyə Nazirliyi «Sığortanın icbari növləri haqqında» qanunun bazasında Sığorta Məcəlləsinin qurmasını planlaşdırır.Eyni zamanda respublikada məcburi sığorta sisteminin sabitliyinin və tərəqqisinin təmini, həm də sığortaçıların maraqlarının qorunması məqsədilə İcbari Sığorta Bürosunun qurulması qərara alınıb. İlkin qanun proyektində büronun sadəcə avtonəqliyyat vasitələri sahiblərinin sığortası (OSAQO) ilə əlaqəli qurulması nəzərdə tutulsa da, sonradan bunun sığortanın bütün icbari növlərinə aid edilməsi nəzərdə tutulub.