3
Giriş
Mövzunun aktuallığı. Cəmiyyətin iqtisadi transformasiyası
şəraitində yeni
istehsal münasibətlərinin yaranması, material, əmək və maliyyə resurslarının səfərbər
edilməsi ilə yanaşı onlardan səmərəli istifadə olunması da vacib məsələlər kimi ön plana
keçir. Bu problemin həllində uçot, nəzarət və təsərrüfat fəaliyyətinin təhlilinin müstəsna
əhəmiyyət kəsb etməsi şübhəsizdir. Eyni zamanda formalaşmaqda olan yeni iqtisadi
münasibətləri ifadə edən kateqoriyalar yaranır. Bu cür kateqoriyalardan biri də auditdir.
Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat
sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın
təmin
olunmasında, iqtisadi cinayətkarlığa və əsassız israfçılığa qarşı mübarizədə auditin
imkanlarından daha geniş sitifadə etmək zərurəti yaranır.
Müasir audit səmərəli maliyyə nəzarəti olmaqla yanaşı, həm də sahibkarlıq
subyektlərinin maliyyə sisteminin sabitliyinin möhkəmlənməsində, onların biznes-
inkişaf planlarının hazırlanmasında, yerli, regional və dünya bazarlarının
tədqiqində də
xüsusi əhəmiyyət kəsb edir. Sahibkarlıq subyektlərinin səmərəli idarə olunmasının
təşkilinə, onun fəalliyyətinin tənzimlənməsinə müsbət baxımdan təsir edən audit sistemi
həmçinin bu subyektlərin maliyyə fəaliyyətinin mövcud vəziyyətini və inkişaf
perspektivlərini qiymətləndirərək, bu istiqamətdə öz rəyini bildirir.
Təsərrüfat subyektlərində gündəlik nəzarətin lazımı səviyyədə təşkil olunması üçün
yüksək peşəkarlığa malik olan, müəssisənin təşkilati-iqtisadi quruluşunu dərindən bilən,
yoxlama texnikası ilə ətraflı tanış olan mövcud qanunvericilik barədə müfəssəl
məlumatı olan xüsusi nəzarət xidmətinin - daxili auditin olması vacibdir. Beynəlxalq
təcrübədən məlumdur ki, yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində
şəxsi mülkiyyətin əsas mülkiyyət forması olduğu yerdə daxili audit sistemi geniş tətbiq
olunur.
Bazar münasibətləri şəraitində müəssisələrin idarə olunmasında
daxili audit
nəzarətin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat onunla əlaqədar yaranır
ki, sahibkarlar müəssisənin və aşağı idarəetmə strukturlarının fəaliyyətinə gündəlik
nəzarətlə məşğul ola bilmirlər. Daxili audit bu fəaliyyət barədə informasiya verir və
4
menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq
risklərin idarə olunması və müəssisənin maliyyə vəziyyəti
barədə çevik informasiya
əldə etmək baxımından əlverişlidir.
Maliyyə nəzarətinin xüsusi növü kimi audit - dövlətin maliyyə-iqtisadi siyasətinin
uğurla həyata keçirilməsi və maliyyə sabitliyinin bərqərar edilməsi üçün zəmin
yaratmaqla, qanunçuluğa riayət edilməsinin təmin olunmasına, mülkiyyətin qorunub
saxlanılmasına, maliyyə vəsaitlərindən düzgün, səmərəli və qənaətlə istifadə olunmasına
xidmət edir, büdcə və maliyyə intizamının ən müxtəlif pozuntularını aşkara çıxarmağa
yardım göstərir, qanunsuz xərclənmiş vəsaitləri aşkar etməyə və onların bərpasına
imkan yaradır.
Müəssisənin sahibkarı, səhmdarları bunda maraqlıdırlar ki, sərf etdikləri kapitalın
artımı müqabilində yüksək mənfəətin əldə edilməsi və nəticə
etibarilə dividendlərin
daim artması təmin olunsun. Müasir şəraitdə material-pul vəsaitlərin təyinatına uyğun
sərf olunması, dövlət qarşısında vergi və digər ödənişlərin təminatı, satıcı təşkilatlara
olan borclarının ödənilməsi, mühasibat uçotunun aparılmasının
düzgün təşkili üzərində
gündəlik nəzarətin olması böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, daxili audit müəssisənin maliyyə ehtiyyatlanmn istifadəyə
yönəldilməsinin məqsədli təyinatını, rasionallığını, tamlığını və vaxta müvafiqliyini
müəyyənləşdirərək, maliyyə resurslarının formalaşdırılmasında və xərclənməsində
ehtiyat mənbələrini üzə çıxararaq, maliyyə-təsərrüfat əməliyyatlarında və onların
hesabatda əks olunmasında qanunçuluqdan və səmərəlilikdən kənarlaşmaları
aşkarlayaraq, dövlət büdcəsi ilə və büdcədənkənar fondlarla hesablaşmaların
düzgünlüyünü müəyyənləşdirərək, idarəetmənin səmərəliyinin
yüksəldilməsinin təsirli
vasitəsi kimi çıxış edir.
Artıq daxili auditin zəruriliyi nəzərə alınaraq, ölkəmizin müxtəlif fəaliyyət növlü
müəssisə və təşkilatlarında daxili audit bölmələrinin yaradılmasına başlanmışdır. Lakin
bu yeni, perspektivli işin qurulmasında bir sıra nöqsan və çatışmazlıqlara yol verilir,
daxili auditorların lazımi biliklərə və peşə
vərdişlərinə yiyələnməsinə,
daxili auditin
aparılmasına dair standartların və etik normaların işlənib hazırlanmasına yardım edən
metodik normativ aktlar, tədris-praktik səciyyəli kitablar və metodik vəsaitlər çatışmır.
5
Daxili auditor peşəsinin mahiyyəti haqqında dəqiq anlayışın olmaması, daxili
auditin səhvən istehsalat-maliyyə fəaliyyətinin təftişi kimi təsəvvür edilməsi ölkədə
daxili auditi beynəlxalq standartlar səviyyəsində qurmağa imkan vermir.
Bütün bunlarla əlaqədar müasir dövrdə təsərrüfat subyektlərində daxili auditin
nəzəri əsaslarının tədqiqi, onun təşkili və aparılması üzrə metodiki təkliflərin və
tövsiyyələrin hazırlanması çox aktualdır.
Dostları ilə paylaş: