Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ



Yüklə 164,32 Kb.
səhifə21/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
multikultur.COVİD-19

Saxurlar (12,3 min nəfər, 2009) respublikanın Zaqatala, Qax və Balakən rayonlarında məskunlaşmışlar. Saxurlar Qafqaz Albaniyasının qədim sakinlərindən biridir. 15-ci əsrdə saxurlar Cənubi Dağıstanı tərk edərək Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında məskunlaşmışlar. 19-cu əsrin ortalarınadək İlisu sultanlığının tərkibində olmuşlar. Həmin dövrdən başlayaraq onların azərbaycanlılarla etnik-mədəni və ticarət əlaqələri güclənmişdir. Saxurlar etnik baxımdan azərbaycanlılara çox yaxındırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq və əkinçilikdir.
Avarlar (49,8 min nəfər, 2009) respublikanın Balakən və Zaqatala rayonlarında yaşayırlar. Bir sıra müəlliflərin fikrinə görə Plininin yazdığı didoylar müasir avarların əcdadlarıdırlar. Azərbaycana 15-17 əsrlərdə Dağıstandan gəlmişlər. Avar dilinin ansux şivəsində danışırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq, əkinçilik və sənətkarlıqdır.
Udinlər (3,8 min nəfər, 2009) Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun eyniadlı mərkəzində yaşayırlar. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biridir. Udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Qafqaz Albaniyasında yaşamış utilərin varisləridirlər.
Əsrlər boyu aparılan siyasət nəticəsində udilərin bir hissəsi (Nic kəndi) ermənilər tərəfindən qriqorianlaşdırılmış, digər hissəsi isə (Oğuz) gürcü pravoslav kilsəsinin təsirinə məruz qalaraq gürcüləşdirilmişdir. Ənənəvi məşğuliyyətləri əkinçilikdir. Keçmişdə ipəkçilik, sənətkarlıq (ağacişləmə, toxuculuq və s.) geniş yayılmışdı.
Tarixi-etnoqrafık ədəbiyyatda “Şahdağ qrupu xalqları” adı altında məlum olan xınalıqlılar, qrızlar və buduqlar Quba rayonunda Şahdağın ətəklərində yerləşən kəndlərdə məskunlaşmışlar. Xınalıqlılar yalnız Xınalıq kəndində yaşayırlar. Buduqlar əsas etibarilə Buduqqrızlar isə Qrız kəndində yaşayırlar.
Qrızlar və buduqlar bir neçə ətraf kəndlərdə də məskunlaşmışlar. Təxmini hesablamalara görə, xınalıqlıların sayı 2,2 min, buduqların sayı 15 min, qrızların sayı isə 4,4 min nəfərdir. Hələ 19-cu əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. Bu xalqların əsas məşğuliyyəti qoyunçuluqdur.
Axıska türklərinin (38 min nəfər, 2009) Azərbaycana ilk böyük qrupu 1958-ci ildə gəlmişdir. Bunlar 1944-cü ildə tarixi vətənləri olan Axıska, Adıgün, Axılkələk (Gürcüstan) və b. qonşu rayonlardan Orta Asiya və Qazaxıstana sürgün edilmiş Axıska türkləri idi.
1989-cu il Fərqanə hadisələrindən sonra Azərbaycana Axıska türklərinin ikinci miqrasiyası başlandı. Azərbaycanlılarla mənşəcə bir kökdən olmaları, ümumi dil, adət və ənənələrdə yaxınlıq onların Azərbaycanda adaptasiyasına əlverişli zəmin yaratmışdır. Ənənəvi məşğuliyyətləri bağçılıq və əkinçilikdir. Saatlı, Sabirabad və Beyləqan rayonlarında onlar əsas etibarilə pambıqçılıqla məşğul olurlar.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin