Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ



Yüklə 164,32 Kb.
səhifə22/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
multikultur.COVİD-19

İngiloylar (9,9 min nəfər, 2009) dini mənsubiyyətlərinə görə xristian (gürcü pravoslav kilsəsi) və müsəlman ingiloylara ayrılırlar. Müsəlmanlar Zaqatala rayonunun Əliabad, Mosul və Balakən rayonunun İtitala kəndlərində, xristian ingiloylar isə Qax rayonunun 9 kəndində yaşayırlar. Qədimdə onların yaşadıqları ərazi Kambisena (Ereti) adlanırdı və əsas əhalisi ingiloyların əcdadları hesab olunan er və qel tayfalarından ibarət idi. Burada Alban kilsəsi fəaliyyət göstərirdi. İngiloyların bir hissəsi sonradan zorla gürcüləşdirilmiş alban tayfalarının qalıqlarıdır. İngiloyların ənənəvi məşğuliyyətləri əkinçilik, bağçılıq və qismən də maldarlıqdır. Keçmişdə baramaçılıq və çəltikçilik geniş yayılmışdı.
Rusların (119,3 min nəfər, 2009) Azərbaycana gəlməsi, əsasən, 19-cu əsrin 30-40-cı illərinə - Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürüldü
Onlar əsas etibarilə rəsmi rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. İlk rus kəndləri 19-cu əsrin 30-40-cı illərində Lənkəran (Prişib, Nikolayevka, Astraxanovka), Şamaxı (Xilmilli, Mərəzə) və Quba (Altıağac və s.) qəzalarında salındı. Rusların Azərbaycana və xüsusilə Muğana gəlməsinin ikinci mərhələsi 20-ci əsrin 20-ci illərinə təsadüf edir. Hazırda rusların əksəriyyəti şəhərlərdə yaşayır.
Ermənilər (120,7 min, 1999), əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. Onların bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsinə 19-cu əsrin 20-30-cu illərindən başlanmışdır. Erməni dili hind-Avropa dilləri ailəsinə aiddir. Dini mənsubiyyətlərinə görə əsasən xristian-monofizitdirlər. Ermənistanın Azərbaycana qarşı ərazi iddıası nəticəsində işğal olunmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 2009-cu ildə siyahıyaalma keçirmə mümkün olmamışdır.
2009-cu il siyahiyaalmanın nəticələrinə görə, Azərbaycanda 25,2 min nəfər tatarların, 21,5 min nəfər ukraynların yaşadıqları məlumdur.
Bu sadalananlardan əlavə, ölkə ərazisində 10 min nəfərdən artıq digər millətlərin nümayəndələri də yaşayırlar
Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin