Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Faylların atributlarla idarəsi. Faylların xüsusiyyətlərini təyin edən əlavə parametrlər 
atribut adlanır. Əməliyyat sistemi fayllarla əməliyyatları avtomatik həyata keçirərkən 
atributlar nəzərə alınır. Faylların aşağıdakı atributları mövcuddur: 

(Read-only) - “yalnız oxunan”. Bu faylları sistem vasitələri ilə yeniləşdirmək 
və ya silmək mümkün deyil. 

(Hidden) - “gizli fayl”. 

S (System) - “sistem fayl”. Bu fayllar əməliyyat sistemlərində istifadə olunur 
və onları dəyişdirmək mümkün deyil. 

A (Archive) - “arxivləşdirilmiş fayl”. Bu atribut hər bir faylın yaradılmasında 
təyin olunur. 
9. Windows əməliyyat sistemləri. WINDOWS əməliyyat 
sistemində tətbiq olunan yeni texnologiyalar 
Windows əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən 
yaradılmışdır. Dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. Microsoft-un ilk 
əməliyyat sistemi olan MS-DOS-dan fərqli olaraq Windows-da eyni anda bir çox əməliyyatı 
yerinə yetirmək mümkündür. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda 
güclü və rahat proqramlar yaradıldı. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından 
başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi. Windows 
- müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistemdir, proqramın yerinə 
yetirilməsi üçün rahat şərait yaradır. 
IBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995-ci ilə qədər əsas MS-DOS 
olmuşdur. Sonralar əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq 
məqsədi ilə klaviaturanın köməyilə əmrləri yerinə yetirən ilk proqram örtüyü - NORTON 


23 
COMMANDER (NC) yaradıldı. 1985-ci ildə Windows 1.0, 1990, 1992, 1993-cü illərdə 
Windows 3.0, 3.1, 3.11 qrafiki proqram örtükləri yaradıldı. Sadə, vahid istifadə 
interfeysi; çoxməsələlik; öz qurğularını diaqnostika; informasiyanı qoruma qabiliyyəti və s. 
keyfiyyətli Windows-95 əməliyyat sistemi “elektron informasiya dünyasına pəncərə” açdı. 
Windows-95 əməliyyat sistemi özündə MS-DOS və Windows örtüyünü birləşdirmişdi. MS-
DOS-dan əsas fərqi onun xarici qurğularla birgə işləməsidir. Windows-95 IBM PC tipli 
kompüterlər üçün ilk 32 mərtəbəli əməliyyat sistemidir. 1998- ci ildə Windows sisteminin 
təkmilləşdirilmiş və bir sıra yeni imkanlar əlavə edilmiş versiyası - Windows-98, sonralar 
isə Windows-2000, Windows XP, Windows Vista, Windows-NT, və s. yaradılmışdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin