Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   35   36   37   38   39   40   41   42   ...   54
Music (Mузыка/Musiqi), Pictures 
(Изображения/Şəkillər), Videos (Бидео/Videolar). 


36 
15. WINDOWS əməliyyat sistemində konfiqurasiya faylları və 
drayverlərlə iş 
Windows əməliyyat sisteminin müxtəlif xarakteristikalarını idarə edən bir neçə 
konfiqurasiya faylları mövcuddur. Əsas konfiqurasiya faylları aşağıdakılardır: 
1) SYSTEM.INI 
2) WIN.INI 
3) CONTROL.INI 
4) PROGMAN.INI 
5) WINFILE.INI 
Bu faylları Windows qovluğunda görmək olar. Windows mühitinin versiyasından asılı 
olaraq Windows qovluğunda başqa konfiqurasiya faylları da iştirak edə bilər və bu 
faylların da genişlənməsi .INI olacaq. Konfiqurasiya fayllarının əsas vəzifələri bunlardır: 
WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları, TRUE 
TYPE şriflərinin xüsusiyyətləri və əməliyyat sisteminin digər opsiyalarını idarə edən 
əmrlər saxlanır. 
SYSTEM.INI faylında əməliyyat sistemi ilə kompüterin aparat təminatının qarşılıqlı 
əlaqəsini idarə edən əmrlər yerləşir. 
CONTROL.INI faylında Windows mühiti pəncərələrində və dialoq panellərində 
məxsus olan müxtəlif elementlərin rəngləri, kompüterə qoşulmuş printerin və digər 
qurğuların parametrlərini təyin edir. 
PROGMAN.INI faylında PROGRAM MANAGER yəni Proqramlar Dispeçerinin 
işini idarə edən əmrlər saxlanılır. Məlumdur ki, Xidməti Proqramlar Dispeçerini işə 
salmaq üçün kombinasiyasını basmaq kifayətdir. Xidməti Proqramlara «Ekran 
böyüdücüsü» və «Ekran klaviaturası» aiddirlər. 
Bu proqramları işə salmaq üçün Windows + U kobinasiyasını basdıqdan sonra ekrana 
çıxan Диспетчер служебных программ pəncərəsində lazım olan xidməti proqramın 
adını seçib Запустить düyməsini, dayandırmaq üçün Остановить düyməsini basmaq 
lazımdır. 
WINFILE.INI faylında File Manager, yəni Fayllar Dispeçeri proqramın işini idarə 
edən direktivlər öz əksini tapır. 
Əksər hallarda istifadəçi bu faylların tərkibini korreksiya etmir və lazım olan 
dəyişiklikləri Control Panel, Program Manager, File Manager və Windows Setup 
proqram pəncərələri vasitəsilə yerinə yetirir. Lakin elə düzəlişlər var ki, onları bu 
proqramlar vasitəsilə aparmaq mümkün olmur və bu hallarda konfiqurasiya faylının 
tərkibini mətn redaktorunda açıb lazımi korreksiyalar etmək tələb olunur. Düzəlişləri aparıb 


37 
qurtardıqdan sonra konfiqurasiya faylını yenə də adi mətn formatında saxlamaq lazımdır. 
Konfiqurasiya fayllarının redaktəsi üçün ən əlverişli redaktor kimi NOTEPAD çıxış edir. 
NOTEPAD redaktoru yalnız adi mətn formatında sənədləri yadda saxlamaqla yanaşı çox 
sadədir və ixtiyari konfiqurasiya faylının redaktəsi üçün yararlıdır. 
Bütün konfiqurasiya fayllarının formatı eynidir. Konfiqurasiya fayllarının sətirləri 
bölmələr adlanan qruplar şəklində birləşirlər. Faylın tərkibində bölmələrin ardıcıl gəlmə 
nizamının heç bir əhəmiyyəti yoxdur. Hər bölmənin əvvəlində kvadrat mötərizə daxilində 
həmin bölmənin adı qeyd edilir. Bölmənin adından sonra xidmət sözləri siyahısı alt-alta 
düzülür. Hər xidmət sözündən sonra birqayda olaraq «=» münasibəti və uyğun parametrlər 
sətri yazılır. Konfiqurasiya faylının tərkibinə qeyd daxil etmək üçün həmin qeyd sətrinin 
əvvəlində «;» simvolunu yazmaq lazımdır. Məsələn, aşağıda faylının COLORS və FONTS 
bölmələrindən ibarət fraqmenti verilir: 
[colors] 
Background=0 12В 128 AfjpWorkspace=0 128 64 Window=255 255 255 WindowText^O| 0 0 [fonts] 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin