WINDOWS-da proqram və faylların axtarılması. Windows 7əməliyyat sistemində
kompüterin xarici yaddaş qurğularında olan fayl, qovluq və proqramların axtarışı Start
(Başlat) menyusundan həyata keçirilir . Start menyusunun axtarış sətri kompüterdə ən rahat
axtarış vasitələrindən biridir. Axtarış əməliyyatı Start düyməsini basdıqda açılan menyunun
sol panelin aşağı hissəsindəki Search programs and files (Proqramlar və faylları axtar)
sətrinə axtarılan fayl, qovluq və ya proqramın adının daxil edilməsi ilə aparılır. Məsələn,
kompüterdə qrafik redaktor olan Paint proqramını tapmaq tələb olunarsa, axtarış sətrinə
axtarılan proqramın adının ilk hərfi yəni, “P” hərfi klaviaturadan daxil edilir. Bu zaman
adında “P” hərfi olan bütün fayl, qovluq və proqram piktoqramları qruplar şəklində tapılır.
Hərflər ardıcıl olaraq daxil edildikcə əməliyyat sistemi axtarış üçün ən uyğun nəticələri
siyahı şəklində ekranda əks etdirir. Odur ki, axtarılan proqramın adı və işarəsini bu siyahıda
tapmaq və onun üzərində mausun sol düyməsini klikləmək kifayətdir. Əgər axtarış
əməliyyatını Windows Explorer proqramında qovluq pəncərəsinin axtarış sətrində aparsaq,
bu zaman cari qovluqda daxil olunmuş simvola uyğun axtarış prosesi yerinə yetiriləcəkdir.
Tapılmış sənəd və ya proqram pəncərənin iş oblastında sarı fonla işarələnmiş formada əks
olunacaqdır. Faylların axtarışında adlarında “*”və “?”simvollarından istifadə etməklə
müəyyən əlamətə görə ayrılmış fayllar qrupunu tapmaq olar
“
*
”simvolu faylın adında və ya adın genişlənməsində istənilən sayda ixtiyari simvolun
olduğunu göstərir Məsələn
*
.com- genişlənməsi “com”olan bütün faylları;
*
.txt- genişlənməsi”txt”olan bütün faylları ;
infor.
*
- infor adlı bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt.;
infor.docx; infor.exe;infor .com; infor.xlsx; infor .bas və. s );
in
*
.
*
- adı in ilə başlayan bütün faylları;
*or.*- adlarının sonluğu “or” hərf birləşməsi ilə qurtaran bütün mümkün genişlənməyə
malik olan fayllar qrupunu (infor.txt ; işıqfor.docx; doktor.exe; fosfor.com ; motor.xlsx və s.
);
*
.
*
-bütün faylları göstərir.
Faylın adında və ya genişlənməsində “?” işarəsinin olması onu göstərir ki bu mövqedə
ixtiyari bir simvol dura bilər. Məs al?.txt yazılışı al1.txt; al2.txt; alı.txt; alo.txt; als.txt və
s. faylları əvəz edir .