Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 Windows 7 əməliyyat sistemində standart



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   41   42   43   44   45   46   47   48   ...   54
18. Windows 7 əməliyyat sistemində standart 
proqramlar (Windows Accessories) 
Windows 7 əməliyyat sisteminin tərkibində kompüterlə iş prosesində üzə çıxan bir 
çox məsələlərin həlli üçün nəzərdə tutulmuş çoxlu sayda nisbətən sadə kiçik həcmli 
proqramlar vardır. Bunlar standart proqramlardır və sistemin tərkibinə məcburi komponent 
kimi daxil edilir. Bu proqramlara Start (Пуск /Başlat ) menyusundan All Proqrams (Все 
программы 
/Bütün 
Proqramlar 

alt 
menyusundakı 
Accesories 

Стандартные/Aksessuarlar) qovluğundan daxil olmaq mümkündür. 
Accesories ( Стандартные/Aksessuarlar) qovluğunda yerləşən standart proqramlara 
Calculator (Калькулятор/Kalkulyator), Command Prompt (Командная строка/Əmr 
sətri), Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə 
proyektoruna Bağlan), Connect to a Projector (Подключить к проектору/Proyektora 
bağlan), Notepad (Блокнот/Bloknot), Paint (Paint/Boyama), Remote Desktop 
Connection (Подключение к удаленному рабочему столу/uzaq iş masası bağlantısı), 
Snipping Tool (Ножницы/Hissə aləti), Sound Recorder (Звукозапись/Səsyazan), 
StickyNotes 
(Записки/Yapışqanlı 
etiketlər), 
WordPad
Windows 
Explorer 
(Проводник/ Windows Bələdçi), SystemTools (Служебные/Sistem alətləri), Tablet 
РС(Планшетный ПК) və s. aiddir. 
Calculator (Калькулятор/Kalkulyator) proqramı klaviaturadan daxil edilən 
verilənlər üzərində sadə riyazi hesablamaların aparılması üçün nəzərdə tutulur. Windows 7 
əməliyyat sistemində kalkulyator proqramı bir neçə formalarla və əlavə funksiyalarla 
təchiz edilmişdir. 
Command Prompt командная 
строка /Əmr sətri) proqramı Windows 7 
əməliyyat sistemində MS DOS əməlıyyat sisteminin pəncərəsini təmin edir. 
Notepad (Блокнот/Bloknot) ən sadə mətn redaktorudur. Başqa sözlə bu proqram 
kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə etmək üçün nəzərdə 
tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə redaktə rejimlərindən 
istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə sənədlər və veb-səhifələrin 
yaradılmasında istifadə edilir. 
Paint (Paint/Boyama) proqramından qrafik təsvirlər yaratmaq və onları redaktə 
etmək üçün istifadə edilir. Windows 7 əməliyyat sistemində olan Paint proqramı tamamilə 
yenilışdirilmişdir. Belə ki, bu proqramda istifadə edilən bütün alətlər Paint pəncərəsinin 
yuxarı hissəsində Ribbon (Лент/Lent) interfeysi üzərində yerləşir. Yəni artıq Paint 
proqramı lent interfeysinə malikdir. Həmçinin proqramın standart alətlər sırasına əlavə 
fiqurlar, fırçalar və s. daxil edilmişdir. 
Word Pad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdırılması üçün 
nəzərdə tutulan Notepad (Блокнот/Bloknot) proqramına nisbətən daha geniş imkanlara 
malik olan *.rtf (Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq üçün nəzərdə 
tutulan sadə mətn prosessorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış 
variantıdır. 
Sticky Notes (Записки/Yapışqanlı etiketler) proqramı bilavasitə iş masasında 


44 
mətndən ibarət kiçik qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir 
proqramdır. Bu proqrama sadəcə olaraq üzərində müəyyən qeydlər, xatırlamalar və 
s.yazılmış sarı rəngli yapışqanlı stikerlərin elektron variantı kimi baxmaq olar. 
Snipping Tool (Ножницы/Hissə aləti) ekranın və ya onun hər hansı bir hissəsinin 
şəklini çəkərək yaddaşda qrafiki fayl kimi saxlayır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin