Transkripsiya – mərhələsində DNT-nin hər bir geni iRNT-nin sintezi üçün
sələf rolu oynayır və gendə nukleotidlərin sıra ilə yerləşməsi təmin edilir. İrsi
informasiyaların sıraya düzülüşü DNT-nin promotor adlanan müəyyən
hissəsindən başlayır. Promotor gendən əvvəl yerləşməklə 80 nukleotiddən
ibarətdir. DNT-dən asılı RNT-polimeraza fermenti promotoru tanıyır, dərhal
onunla möhkəm birləşərək onu əridir və nukleotidlərin tellərini birləşdirir,
nəticədə m-RNT sintez olunur. Bu zaman adenin timinlə, urasil adeninlə, sitozin
quaninlə, quanin isə sitozinlə birləşir. Polimerazanın m-RNT əmələ gətirdiyi gen
sahələri yenidən birləşir və m-RNT-nin sintez olunan molekulları tədricən DNT-
dən ayrılmağa başlayır. DNT-nin informasiya daşıyan sahələri ekzonlar adlanır.
Yetişmiş m-RNT nüvənin membranından sitoplazmaya keçərək ribosom ilə
birləşir.
Translyasiya – mərhələsində müəyyən quruluşa malik olan zülal
molekullarının sintezi zamanı genetik informasiyaların reallaşması prosesi
başlayır. Bu mərhələ inisiasiya,elonqasiya və terminasiya dövrlərinə bölünür.
İnisiasiya dövründə ribosom dissosiasiyaya uğrayaraq iki hissəyə ayrılır və m-
RNT maqnezium ionunun iştirakı ilə ayrılan kiçik hissələrlə birləşir. Elonqasiya dövründə ribosomun mərkəzində m-RNT-nin kodonuna uyğun olan ikinci n-
RNT əmələ gəlir və komplementar kodonla birləşir. Transferaza fermentinin
iştirakı ilə sələf sayılan amin turşusu və onun karboksil qrupu (COOH) birlikdə
amin qrupu (NH
2
) ilə birləşir və onların arasında peptid əlaqəsi (-CO-NH-)
yaranır. Terminasiya dövründə polipeptid zəncir ribosomlardan ayrılır, n-RNT
və m-RNT azad olur. Bu zaman m-RNT-nin bir molekulunda çoxlu sayda (100-ə
qədər) ribosom işləyərək onların hər birinin üzərində polipeptid zəncir qurulur.
Zülal sintezi zamanı əmələ gələn polipeptid zəncirləri ya daha mürəkkəb zülal
quruluşunu formalaşdırır, ya da ferment əvəzinə metabolizm prosesini
tənzimləyir. Hüceyrədə bir qayda olaraq, genetik məlumat axını aşağıdakı
istiqamətdə gedir:
DNT transkripsiya RNTtarnslyasiya Zülal
İnsanda xromosom qruplarının (A-1-3-cü cüt, B-4-5-ci cüt, C-6-13-cü cüt,
D-13-15-ci cüt, E-16-18-ci cüt, F-19-20-ci cüt, Ç-21-22-ci cüt) və XY xromosomlarının sayı 46 deyil, 45-ə bərabər (44-XO) olmaqla, onlardan hər
hansı birinin fərqli (artıq yaxud əskik) olması müxtəlif genetik çatışmazlıqlara
(sindromlara) səbəb olur, onların normal quruluşunu və morfologiyasını
dəyişdirir (Ģəkil 17,18,19,20,21,22).