Fяxrяddиn mustafayev


fəallaşdırıcı  –  aktivatar



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə201/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   284
fəallaşdırıcı  –  aktivatar  rolu  oynayır.  Operon  1,  yaxud  2  promotordan  və  1 
terminatordan ibarət olmaqla, prokariotların operonunda quruluş genlərin sayı 1-
12 arasında tərəddüd edir. Hər bir operonda intişar tapan quruluş genlərin hamısı 
yalnız  bir  biokimyəvi  prosesin  fermentlərinin  sisteminin  təmin  olunmasına 
zəmin  yaradır.  Lakin  hüceyrədə  müxtəlif  operonun  fəaliyyətini  tənzimləyən, 
uzlaşdıran  sistemlər  də  mövcuddur.  Genetik  kodun  tənzimlənməsi  prosesinin 
mexanizmində prokariotlarda və eukariotlarda ümumi qanunauyğunluq əsasında 
xeyli fərqli xüsusiyyətlər vardır. Eukariotlarda quruluş genləri öz fəallığına görə 
şərti  olaraq  bir  neçə  tipə  bölünür.  1-ci  tipə  orqanizmin  bütün  hüceyrələrində 
fəaliyyət  göstərən  genlər  aiddir.  Onlar  enerji  mübadiləsini  kodlaşdıran 
fermentlərin  amin  turşularının  sintezini  təmin  edən  fermentlərin,  membran  və 
quruluş zülallarının sintezinə nəzarət edirlər. 2-ci tipə eyni toxumalarda fəaliyyət 
göstərən,  xüsusilə  sümük  toxumalarında  kollagenə  və  əzələ  toxumasının 
hüceyrələrində  miozinə  nəzarət  edən  genlər  aiddir.  3-cü  tipə  məhdud  çərçivə 
daxilində  differensiasiya  olunmuş  funksiyaları  yerinə  yetirən,  lakin  olduqca 
vacib  sayılan  hüceyrələrdə  fəaliyyət  göstərən  (eritrositlərdə  qlobulin,  endokrin 
sistemində hormonların sintezini kodlaşdıran) genlər aiddir. Heyvanların hər bir 
hüceyrəsində  10-20-min  arasında  tərəddüd  edin  fərqli  m-RNT-nin  mövcud 
olmasına  baxmayaraq,  onların  əksəriyyəti  yalnız  10-a  qədər  nüsxələrdə  təmsil 
olunur.  Beyin  hüceyrələrində  m-RNT-nin  polimorfizmi  (çox  müxtəlifliyi)  daha 
çox  üstünlük  təşkil  edir.  Eukariot  hüceyrələrin  m-RNT-si,  prokariotlarınkına 
nisbətən  uzun  müddət  hüceyrədə  fəaliyyət  göstərməsi  və  öz  funksiyasını 
itirməməsi  ilə  səciyyələnir.  Belə  ki,  heyvanlarda  m-RNT-nin  bəzi  tipləri 
ovogenez  prosesi  zamanı  sintez  edilərək  yumurta  hüceyrəsində  lokalizasiya 
olunur,  mayalanmadan  sonra  ribosomlarda  fəaliyyət  göstərir  və  embrional 
inkişafa öz pozitiv təsirini göstərir. Eukariotların operonunda yalnız bir quruluş 


 
154 
geni yerləşdiyi halda, prokariotlarda bu fərqli olur. Heyvan orqanizmində sintez 
olunan  hormonlar  siqnal  rolu  oynamaqla,  əvvəlcə  hüceyrələrdə  spesifik  zülal-
repressor  sintez  edilir,  sonra  isə  onların  özü  müxtəlif  genlərin  fəaliyyətini 
induksiya  edir,  tənzimləyir.  Eukriotlarda  zülal  sintezinin  tənzimlənməsi  yalnız 
translyasiya  çərçivəsində  həyata  keçirilir  ki,  bu  prosesin  stimullaşmasında  bəzi 
amin  turşularını  fəallaşdıran  fərqli  n-RNT  tipləri  və  fermentlər  iştirak  edirlər. 
Amin turşularının böyük əksəriyyəti izoakseptor kodonları adlanan xeyli sayda 
kodonlarla kodlaşır. M-RNT-nin üzərinə eyni amin turşusu  müxtəlif tip n-RNT 
vasitəsilə  gətirilir.  Belə  ki,  SUS,  SUU,  SUQ  kodonları  leysini  kodlaşdırır. 
Translyasiyanın baş verməsi və gedişi isə, bir qayda olaraq ribosomlardan, hazır 
zülal molekullarını modifikasiya edə bilən bəzi fermentlərin mövcudluğundan və 
n-RNT-nin  fəallığından  asılı  olaraq  icra  olunur.  Qeyd  olunanları  nəzərə  alaraq 
belə  qənaətə  gəlmək  olar  ki,  biosintez  prosesində  genetik  (irsi)  məlumatın 
reaksiyası əsasən DNT molekulları tərəfindən yerinə yetirilir, onların əlamət və 
xassələrə  çevrilməsi  isə  prokariot  və  eukariotlarda  bəzi  fərqliliyin  mövcud 
olmasına  baxmayaraq  materiyanın  bütün  canlı  aləmində,  demək  olar  ki,  eyni 
olur,  zülalların  biosintezində  hər  bir  amin  turşusu  yalnız  1  tripletlə  (3 
nukleotidlə)  kodlaşır.  Son  elmi  məlumata  əsasən  insan  xromosomunun  haploid 
sayında 50 mindən az, 100 mindən çox olmayan genlər olmaqla, onlar zülalların 
hamısını, r-RNT və n-RNT-nin sintezini həyata keçirir. Nəzərə alsaq ki, insanın 
4  mlrd  (4  x  10
9
)  spermatozoidləri  ən  kiçik dərmanın  1  ədəd  «həb»ində  və  eyni 
sayda  yumurta  hüceyrələri  də  digər  «həb»də  yerləşib,  onda  hər  bir  «həb»də 
insan  genlərinə  daxil  olan  20  x  10
13 
x  10
3
=  20  x  10
16
  cüt  nukleotid  yerləşir. 
Müəyyən  edilmişdir  ki,  insanın  milyardlarla  hüceyrələrinin  hər  birinin  nüvələ-
rində  yerləşən  genetik  məlumatın  həcmi,  orta  hesabla,  6800  çap  vərəqlərinin 
həcminə bərabərdir (27x10
12
). Hər bir gen, təxminən 1000 cüt (10
3
) nuk-           
                                    4 x10
9
 
leotidlərdən  təşkil olunub. 
 Hazırda  genlərdə  yerləşən  genetik  məlumatların  həcmi  nəinki  təkcə 
genetika,  həm  də  bütün  biologiya  elmlərində  aparılan  elmi  tədqiqatların  əsas 
prioriteti  sayılır  və  nəzərə  alınar.  Alimlər  isə  genetik  məlumatların  həcminin 
hesablanmasını  və  burada  tədbiq  edilən  yeni  üsulları,  testləri,  analizləri  müasir 
elmin ən böyük uğuru, texniki tərəqqisi, nailiyyəti kimi çox yüksək dəyərləndirir 
və  ona  önəmli  yer  verirlər.  Genlərdə  yerləşən  genetik  məlumatların  həcminin 
müəyyən edilməsi kimi olduqca mürəkkəb, çətin bir problemin həll olması üçün 
istifadə  olunan  yeni  üsulların  hazırlanması  prosesində  genetiklər  ən  aparıcı  rol 
oynasa da burada fiziklər, kimyaçılar və s. elm adamlarının da böyük xidmətləri 
olmuşdur.  Ümumiyyətlə,  genlərdə  yerləşən  genetik  informasiyaların  həcminin 
təyin  olunması  və  hesablanmasının  mümkün  olması  müasir  elmi-texniki 
tərəqqinin,  xüsusilə  dünya  təbiətşünaslıq  elminin  və  alimlərinin  müstəsna  elmi 
əhəmiyyəti olan ən böyük nailiyyəti sayılır. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin