156
yaranmasının ən başlıca (10-90%) səbəbi sayılır. Transpozisiyaların adi halda
təsadüfən baş verməsinə baxmayaraq, bəzən müxtəlif amillərin təsirindən
hüceyrədə eyni müddət ərzində fərqli siniflərə məxsus olan traspozonların sürətli
yerdəyişməsi yaranmaqla,
«transpozisiya partlayışı» baş verir. Bu hal hazırda
əsasən məməlilərdə və quşlarda müşahidə olunur. Ali orqanizmlərin genomunda
mövcud olan virus haqqındakı informasiya
endogen viruslar (EV), onları
kodlaşdıran genetik elementlər isə
endogen proviruslar (EP) adlanır. Toyuqların
genomunda 29 lokus mövcud olmaqla, onların heç biri toyuqların genomuna
məxsus olan element hesab edilmir və valideyin hüceyrələri üçün qeyri-patogen
olmasına baxmayaraq, onlar bəzi hallarda kanserogen prosesin başlanma
ehtimalına zəmin yaradır, yaxud da yeni kansorogen virusun formalaşması ilə
nəticələnir.
Dostları ilə paylaş: