157
zülallar birləşə bilər. Canlı aləmin genomalarının ümumi DNT-sində quruluş və
akseptor genlər 15-98% təşkil edir, onların qalan hissəsi isə
«artıq qalan» DNT
adalınr və onlar bitkilərin genomunda daha çox olur, eyni nukletoidlərin təkrarən
növbələşməsi ilə səciyyələnir.
Heyvanlarda interferon, qlobulin və immunoqlobulin kimi xüsusi
əhəmiyyətə malik olan zülalların molekullarını kodlaşdıran quruluş genlərinin
təkrarları da mövcuddur. Lakin həmin təkrar genlərin bəziləri öz fəaliyyəti
prosesində nukleotidlərin əlavə olunması, yaxud tamamilə itməsi nəticəsində m-
RNT sintez edə bilmir və
«yalançı genlər-psevdogenlər» adlanır. DNT-nin
təkrar olunan quruluş genləri arasında r-RNT və n-RNT-nin sintezini
kodlaşdıran genlər daha üstünlük təşkil etməklə onların sayı qurbağanın haploid
genomunda n-RNT-nin 8000, toyuğun genomunda – 100, drozofilin genomunda
isə-130-a
qədərdir.
Eukariotlarda
DNT-nin
tərkibindəki
xromosomun
heteroxromatin hissələrinin sentromerə yaxın sahələrində yerləşən çoxlu sayda
təkrar olunan və satellit DNT adlanan nukleotidlər bir neçə cüt nukleotidlərin
təkrarından ibarətdir. Hind (dəniz) donuzlarında onlar 6cüt (3 cüt SQ və 3 cüt
TA, AQ və AT), siçanlarda da həmçinin eyni miqdar (5 cüt AT və 1 cüt SQ)
nukleotidən təşkil olunub. Qeyd olunan məlumatlar alimlər tərəfindən
sistemləşdirilərək müasir gen nəzəriyyəsinin əsas müddəaları aşkar edilmişdir
(C.Ə.Nəcəfov və b., 2010):
1.
Hər bir gen xromosomda müəyyən sahəni (lokusu) tutur.
2.
Gen (siston) müəyyən nukleotid ardıcıllığına malik olmaqla, DNT
molekulunun bir hissəsi və irsi məlumatın funksional vahididir. Müxtəlif
genlərin tərkibinə daxil olan nukleotidlərin sayı ayrı-ayrı genlərdə bir-birindən
fərqli olur.
3.
Gen daxilində rekombinasiyalar (rekonlarda) baş verə bilər.
Rekon
rekombinasiyanın elementar və ən kiçik vahidi olub molekulyar səviyyədə 1 cüt
nukleotidə uyğundur.
Muton isə irsi materialın minimal dəyişilməsi nəticəsində
əlamətin mutant formasının biruzə verməsini göstərir. Rekon və muton üçün
funksional vahid 1 cüt komplementar nukleotid hesab edilir.
4.
Genlər 2 qrupa-quruluş (struktur) və funksional qruplara bölünür.
5.
Quruluş ğenləri zülalların biosintezində bilavasitə iştirak etməsə də onu
kodlaşdırır. DNT üzərində m-RNT sintez olunduğuna görə genin ilk məhsulu
zülal deyil, m-RNT sayılır.
6.
Dostları ilə paylaş: