transpozonlar adlanır. Transpozisiya prosesi ekssesiya və insersiya formasında
təzahür edir. Transpozonun DNT molekulundan azad olması və yerini dəyişməsi
ekssesiya, DNT molekulunun yeni sahəsinə daxil olaraq orada məskunlaşması
isə insersiya prosesi adlanır. Q.P.Çeorgiyev drozofil milçəyinin
transpozonlarının xüsusiyyətlərini müfəssəl öyrənərək, onları «mobil dispersiya olunmuş genlər» (MDG) adlandırmışdır. MDG-lərin drozofildə 20-ə qədər
ailəsi olmaqla, onların genomda yerləşməsi çox tərəddüd edir, hər biri 10-dan
150-ə qədər nüsxələrlə təmsil olunur və DNT-də 5-10 min cüt nukleotidi olur,
ucları isə eyni istiqamətə yönəlmiş uzun təkrarlardan ibarətdir, 5-10 min
nukleitid cütlərin 250-150-ə qədəri məhz həmin nukleotidlərdən ibarətdir.
Transpozonların ən fəal siniflərinini nümayəndələrindən biri də DNT-nin bir
hissəsinə daxil olan və transpozoza fenmentini kodlaşdıran MDG transpozonları
hesab olunur. Onlar transpozoza fermentini kodlaşdırır, fəallaşdırır, ferment isə
MDG-lərin transpozisiyasına cavab olaraq onları DNT-nin bir hissəsindən
ayıraraq, digər hissəsinə birləşdirir. Həmin transpozonların ən tipik nümayəndəsi