152
Genetik kodun tənzimlənməsi – prosesinin mexanizmi həmişə alimlərin
diqqət mərkəzində olmuşdur. Bu mexanizmiilk dəfə olaraq fransız alimləri
F.Jakob və J.Mono tərəfindən 1961-ci ildə E.colinin ştammları üzərində ətraflı
öyrənilmişdir. Həmin proses
induksiya-repressiya mexanizmi adlanmaqla,
müəyyən edilmişdir ki, zülalların sintezi ferment üçün qidalandırıcı mühit-
substrat rolunu oynayan və hüceyrələrin normal funksiyalarının icra olunmasını
təmin edən xüsusi maddə ilə induksiya olunur. Belə ki, E.coli bakteriyasının
yetişdirildiyi xüsusi elektiv (Endo) qida mühitində laktoza (süd şəkəri)
olmadıqda onun genləri qeyri-fəal-repressiya halında olur. Qida mühitinə laktoza
əlavə olunduqda bakteriyanın genləri fəallaşır və fermentlərin sintezi bərpa
edilir.
İnduksiya –repressiya mexanizmi vasitəsilə hüceyrənin genlərinin qeyri-
fəal mərhələsində onların normal fəaliyyəti və fəallaşması təmin edilir, lazımı
genləri işə salır və fermentlər sintez olunur. Qida mühitində fermentlərlə deq-
radasiyaya məruz qalan qidalı maddə-substrat tükəndikdə genlər repressiya
olunur, onlar öz funksiyasını artıq yerinə yetirə bilmir və fəaliyyəti dayanır. Ali
orqanizmlərdə genlərin fəallığının tənzimlənməsi prosesi daha mürəkkəb
xarakter daşımaqla, bitkilərdə xarici mühit amilləri, heyvanlarda isə başlıca
olaraq müvafiq hormonlar və hüceyrə membranı vasitəsilə həyata keçirilir.
Genetik kodun tənzimlənmə mexanizminin aşkarlanması DNT-də yerləşən
genetik aparatın olduqca mürəkkəb quruluşlu olmasını bir daha sübut etdi.
Fermentlərin, zülalların, n-RNT və r-RNT-nin biosintezini kodlaşdıran genlər,
Dostları ilə paylaş: