Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə198/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   284
sonra  ekzonların  (ilkin  RNT-transkriptin  intronlarla  ayrılmış  kodlaşan 
sahələr)  bir-biri  ilə  birləşməsi  nəticəsində  sərbəst  m-RNT  molekulunun 
sintezindən  və  RNT  molekulunun  yenidən  formalaşmasından  ibarət  olan 
mürəkkəb  prosesdir.  Eukariotlarda  RNT-nin  transkripsiyadan  sonrakı 
ilkin  modifikasiyası  (dəyişilməsi)  prosesi  prosessinq  adlanmaqla  bu 
zaman  n-RNT-yə  çevrilir,  mRNT-nin  5
1
-ucu  (kep)  və  3
1
-ucu  (poly  A) 
ayrılır  (ekzonlardan  təşkil  olunmuş  molekullar).  Splaysinq  mahiyyətcə 
RNT  molekulunun  yenidən  formalaşması  prosesindən  ibarət  olmaqla 
prosessinqin  sonuncu  mərhələsi  hesab  olunur.  Müxtəlif  üsullarla  n-RNT-
nin  splaysinqi  bir-birindən  fərqlənən  və  müxtəlif  zülalları  kodlaşdıran  m-
RNT-ləri  formalaşdırmaqla  alternativ  splaysinq  adlanır.  Splaysinqin 
dəyişməsi hüceyrələrin ixtisaslaşması ilə əlaqədar olub, DNT-nin eyni bir 
ardıcıllığı,  yaxud  eyni  bir  gen  müxtəlif  zülalların  biosintezinə  zəmin 
yaradır. 
Genetik  koda  məxsus  olan  səciyyəvi  xüsusiyyətlər  aşağıdakılardan 
ibarətdir: 
1.
 
Genetik  kod  universal  xarakter  daşımaqla  materiyanın  bütün  canlı 
aləminə  (insan,  flora,  fauna  növləri,  mikroorqanizmlər,  ibtidailər, 
viruslar)  məxsusdur,  onlar  üçün  vahiddir,  xətti  yazılır,  ona  məxsus  olan 
həriflər  RNT-nin  tərkibindəki  nukleotidlərdən  ibarətdir  və  ardıcıllıqları 
DNT-nin nukleotidlərinin ardıcıllığına tamamilə müvafiqdir. 
2.
 
Genetik kod tripletdir, hər bir amin turşusunun yeri m-RNT-də çox 
ciddidir,  məxsusdur,  3  nukleotidlərlə  kodlaşır  və  1  spesifik  kodon  əmələ 
gətirir;  m-RNT  molekulunda  hər  bir  «söz»  3  hərifdən-nukleotiddən 
ibarətdir. 
3.
 
Hər bir triplet yalnız 1, amin turşusu isə 1-dən 6-ya qədər kodonla 
kodlaşa  bilər;  müstəsna  hal  kimi  yalnız  2  amin  turşusu-metionin  (AUQ) 


 
150 
və triptofan (UQQ) 1 tripletlə kodlaşır və bütün hallarda DNT kodlaşır və 
zülalın ən başlıca xüsusiyyətlərindən biri sayılan kollinearlığı-uyğunluğu 
(nuklein turşuları kodonlarının uyğun olması, uzlaşması) sabit, dəyişilməz 
saxlanılır (cədvəl 13) . 
4.
 
Genetik  kod  anadangəlmə  xarakter  daşımaqla,  mövcud  olan  20 
amin turşusundan yalnız 18-nə bir neçə triplet kodonları uyğundur. 
5.
 
Genetik  kodda  inisiasiya  və  terminasiya  proseslərini  təmin  edən 
xüsusi  kodonlar  («start»  və  «stop»  siqnalları)  vardır;  UAQ  («amber»), 
UAA  («oxra»)  və  UQA  («opal»)  kodonları  biosintez  prosesinin 
terminatorları olmaqla «stop» siqnallarını tənzimləyirlər. 
6.
 
Genetik  kod  fasiləsizdir,  daxili  durğu  işarələrindən  istifadə  etmir, 
m-RNT kodonları bir-birinə fasiləsiz keçid verir. 
7.
 
Ribonukleotidin  hər  biri  yalnız  1  tripletin  tərkibinə  daxildir,  o, 
eyni vaxtda 2 qonşu tripletin tərkibinə daxil ola bilməz. 
Zülal  sintezinin  inisiasiyası  AUQ  tripletindən  ibarət  olub  metioninin 
analoqudur.  Polipeptid  zəncirin  sintezinin  başlanması  inisiasiya,  onun 
böyüməsi  isə  –  elonqasiya  adlanır.  Bütün  zülaların  biosintezi  prosesi 
modifikasiyaya  uğramış  metioninlə-N-formilmetioninlə  (fmet)  başlayır. 
Biosintez  zamanı  AUQ  yalnız  birinci  vəziyyətdə  modifikasiyaya  məruz 
qalmış  metioninin,  m-RNT-nin  sonrakı  nukleotid  ardıcıllığında  isə  adi 
metionini kodlaşdırır. Müstəsna hallarda isə fmet QUQ ilə də kodlaşdırıla 
bilir.  Terminasiya  kodonlarına  UAQ,  UAA  və  UQA  tripletləri  aid 
olmaqla,  onlar  amin  turşularını  kodlaşdıra  bilmir  və  n-RNT  molekulları 
ilə  tanınmır.  Həmin  tripletlər  zülalı  kodlaşdıran  ardıcıllıqlarda  peyda 
olunduqda  nöqtəvi  (monses)  mutasiyalar  baş  verərək  polipeptid  zəncirin 
sintezi vaxtından əvvəl dayanır.  

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin