Fяxrяddиn mustafayev


Heyvanların  populyasiyasında  genetik  yüklənmə.  Genetik  yüklənmə



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə267/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   284
Heyvanların  populyasiyasında  genetik  yüklənmə.  Genetik  yüklənmə  – 
mövcud  populyasiyada  heteroziqot  vəziyyətində  iştirak  edən  letal  genlərin 
sayından  ibarətdir.  N.P.Dubininə  görə  genetik  yük  geniş  mənada  homoziqot 
vəziyyətində  yaranan  letal  genlərlə  bərabər,  həm  də  orqanizmin  ətraf  mühitə 
uyğunlaşmasını azaldan, neqativ təsir göstərən bütün mutasiyalar kompleksindən 
ibarətdir.  Genetik  yükün  mutasion  və  seqreqasion  növləri  mövcuddur. 
Mutasion  genetik  yük  –  mutasiya,  seqreqasion    genetik  yük  –  isə  müxtəlif 
genotipə 
malik 
olan 
valideynlərin 
çarpazlaşması  zamanı  genlərin 
parçalanmasından ibarətdir. Genetik yükün dərəcəsi letal ekvivalentlərin miqdarı 
ilə ifadə olunur. Bir letal ekvivalent 100% ölümə səbəb olan bir letal, yaxud 50% 
ölüm  törədən  iki  letal  genə  bərabər  hesab  olunur  və  Morton  düsturu  ilə  təyin 
edilir: loqeS =A+BF, burada S-nəslin diri qalan hissəsini, F-inbridinq əmsaılını, 
A-təsadüfi  çarpazlaşma  zamanı  populyasiyanın  ölmüş  hissəsini  (F=O),  B-
populyasiyanın  tam  homoziqotluğu  zamanı  ölüm  faizinin  artmasını  (F=1) 
göstərir.  Genetik  yükün  populyasiyalarda  hesablanması  ilə  həm  ətraf  mühit 
amillərinin  heyvanların  ölümündə  rolu,  həm  də  bu  prosesdə  irsiyyətin  iştirak 
etmə dərəcəsi müəyyən olunur. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin