Baza modulu üzrə Təlim Materialı


Nizamlı fəaliyyət yanaşması



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə28/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   24   25   26   27   28   29   30   31   ...   84
Peşə etikası

Nizamlı fəaliyyət yanaşması

Bu yanaşmanın əsasında, vaxtın düzgün idarə edilməməsində əsas səbəb kimi həyatımızdakı

səliqəsizlik, nizamsızlıq durur. Çox vaxt istənilən bir şey anında tapılmır. Mütəmadi olaraq, edilməli 

işlər bu nizamsızlıq səbəbindən gecikir. Bu sistem əsasən üç sahədə səliqə-səhman yaratmağı əsas 

götürür: 

 Əşyaları  nizamlamaq  –  açarlardan,  kompüter  ekranına  kimi,  sənədləşmə

sistemlərinə, dolablara, ofis də daxil olmaqla hərşeyi səliqəyə salmaq;

 Öhdəlikləri  nizamlamaq  –  adi  plandan,  planlaşdırma  qrafiklərinə  və  layihənin  idarə

edilməsinə  dair  proqramlaşdırmalara  kimi,  “ediləcək  işləri”  nizama  salmaq  və

sıralamaq;

 İnsanları  nizamlamaq  –  Həm  özününüzün,  həm  də  digərlərinin  edəcəyi  işləri

əvvəlcədən  analiz  etmək,  baş  verənləri  izləmək  üçün  izləmə  sistemləri

formalaşdırmaq.

Nizamlılıq  yanaşması  fərdi  intizamdan  təşkilati  intizama  keçid  edir.  Gündəlik  vaxtdan 

səmərəli  istifadənin  əsas  məqsədlərindən  biri,  gözlənilməyən  bir  vəziyyət  baş  verdikdə  işləri  ən 

minimal  vaxt  ərzində  qaydasına  salmaqdır.  Nizamlı  yaşamaq  yanaşmasının  güclü  və  zəif  cəhətləri 

vardır. Bunlara nəzər yetirək: 

Güclü tərəfləri – bizə əlavə vaxt qazandırır. Açar, geyim, ya da itmiş hər hansı sənədi 



axtarmaq  üçün  vaxtımızı  sərf  etməli  olmuruq.  Nizama  salmaq  zehni  açır  və  səliqə-

səhman yaradır. 




21 

Zəif  cəhətləri  –  Burada  ən  önəmli  nöqtə  nizamlı  olmanın  vasitədən  məqsədə 



çevrilməsidir. Bu, vaxtın çox böyük qisminin fəaliyyətin icrasına yox, planlaşdırmaya 

getməsidir.  Bir  çox  insan  plan  qurmaq  məşğuliyyətini  işin  icrası  kimi  başa  düşür. 

Nizama salmaq işinə  çox  aludə  olmaq vaxt keçdikcə vərdişə çevrilərək mexaniki hal 

ala bilər. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin