Baza modulu üzrə Təlim Materialı


Hədəf təyinetmə yanaşması



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə30/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   26   27   28   29   30   31   32   33   ...   84
Peşə etikası

Hədəf təyinetmə yanaşması

Bu yanaşmanın əsasında “Nə istədiyini bil və müvəffəq olmaq üçün cəhd göstər” ideologiyası

durur. Uzunmüddətli, qısamüddətli planlama, hədəf seçmə, gözündə canlandırma, özünü motivasiya 

etmək  və  müsbət  düşüncə  tərzi  yaratmaq  kimi  texnikaları  özündə  ehtiva  edir.    Bu  yanaşmanın  da 

güclü və zəif tərəfləri vardır: 

Güclü tərəfləri – bu yanaşma, əsasən, dünya miqyasında nailiyyət göstərənlərin, olimpiya 



idmançılarının  yanaşmasıdır.  Fərdi  inkişaf  sahəsində  aparılan  tədqiqatlarda  özü  üçün 

hədəf təyin etmiş fərd və təşkilatların daha çox müvəffəqiyyət qazandığı görülmüşdür. 

Zəif  tərəfləri  –  uğur  nərdivanlarını  çıxmaq  üçün  hədəf  yanaşmasından  istifadə  edən, 



sonda  yalnış  qapıya  gəldiyinin  fərqinə  varan  insanların  sayı  elə  də  az  deyil.    Hədəflərin 

təyin  olunmasında  prinsiplər  və  əsas  ehtiyaclar  nəzərə  alınmayıbsa,  hədəfə  kilitlənmək 

insanları çaşdıra bilər. 



22 



ABC yanaşması

ABC yanaşması hədəf yanaşmasına bənzəyir, lakin burada vacib məqam üstünlüyün ən vacib

işlərə  verilməsidir.  Nəyə  çatmaq  istənilirsə,  cəhdlər  də  ilk  əvvəl  onun  üstündə  cəmlənməlidir,  bu 

şəkildə  uğur  qazanmaq  mümkündür.  Bu  yanaşmada  işlər  əsasən  üç  qrupa  ayrılaraq  icra  edilir.  A 

qrupu təcili işləri, B qrupu vacib işləri, C qrupu isə vaciblik dərəcəsi az olan işləri simvolizə edir. Bu 

yanaşmanın: 

Güclü  tərəfləri  –  bu,  “vacib  işlərə  əhəmiyyət  ver”  yanaşmasıdır.  Nizam  və  ardıcıllıq 



yaradır. Bu yanaşma ediləcək işlərlə, əsas vəzifələr arasındakı fərqi anlamamıza yardımcı 

olur.  


Zəif tərəfləri – bu yanaşmanın ən əsas yanılması həyat keyfiyyətini və təbiət qanunlarınn 

seçilən  hədəfdə  nəzərə  almamasıdır.  Nəticədə  seçilmiş  hədəflə  baş  verən  hər  hansı 

hadisə toqquşduqda fərdin uğursuz olduğu inancına səbəb ola bilir.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin